31 Iyul 2021 00:39
1055
Elm və texnika
A- A+

Ən qədim xəritə

 

Yalnız əlimizi üzərinə qoyaraq dünyanı barmaqlarımızla gəzə bildiyimiz əyani vasitələrdən biri olan xəritələr dünya ölkələri haqqında ilkin fikirlərin formalaşması üçün əla kəşfdir.

İlk ibtidai xəritələrin hazırlanması eradan əvvəlki dövrlərə gedib çıxsa da, onların əksəriyyətinin maddi sübutu yoxdur. İlk xəritələrin e.ə 5-6-cı əsrlərdə hazırlandığı qeyd edilir. Bu xəritələrin müəllifləri babillər və yunanlar hesab olunur. İlk çəkilən xəritələr dünyanın düz olduğu fikri əsasında, Ellinizm dövründən etibarən isə artıq kürə şəklində ərsəyə gəlmişdi.

Ən qədim xəritə gil üzərinə eramızdan əvvəl 6-cı əsrdə babillər tərəfindən həkk olunub. Xəritənin mərkəzində təsvir olunan ərazi Mesopotamiya, onun ətrafını dairəvi şəkildə əhatələyən sahə isə okeandır. Burada Assuriya, Urartu və s. kimi dövlətlər, Dəclə və Fərat çayları göstərilmişdir. Okeanın kənarlarında üçbucaq formasında göstərilmiş 8 vilayət qeyd olunub. Xəritənin yuxarı hissəsindəki mixi yazı ilə yazılan mətn korlanmış vəziyyətdə olduğundan oradakı əsas fikri tam oxumaq mümkün deyil. Xəritə Bağdad vilayətində tapılıb, hazırda Londonda Britaniya muzeyində sərgilənməkdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video