23 Dekabr 2011 02:12
461
İDMAN
A- A+

Ən məhsuldar futbolçuların siyahısı açıqlandı

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il dünyanın yüksək liqalarında ən məhsuldar oyunçuların siyahısını açıqlamışdır. 2011-ci ildə başa çatmış çempionatlarda 61 nəfərlik bombardirlər siyahısına latviyalı Aleksandr Çekulajev başçılıq edir.

Estoniyanın "Trans" klubunda oynayan hücumçu 35 oyunda 46 qol vurmuşdur. Aleksandr İspaniyada çıxış edən dünyanın ən yaxşı futbolçuları - portuqaliyalı Kriştianu Ronaldo ("Real", 32 oyunda 40 qol) ilə argentinalı Lionel Messini ("Barselona", 31 oyunda 31 qol) qabaqlayır.

İlk  onluqda Unibank Premyer Liqasında çıxış edən Georgi Bogyu da yer alır. Cari mövsümdən AZAL-da oynayan moldovalı hücumçu ötən il vətənində bombardir olmuşdur. Georgi "Milsami" klubunda 31 oyunda 26 qol vurmuşdur.

Qeyd edək ki, siyahıya ən azı 20 qol vuran futbolçular düşdüyündən ötən mövsüm 17 qolla milli çempionatın bombardiri olmuş "Qarabağ"ın gürcü hücumçusu Georgi Adamiya kənarda qalmışdır. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video