25 Iyul 2021 00:35
1031
Elm və texnika
A- A+

Ən çox qəhvə içənlər

 

Hazırda qəhvə dünyanın 50-dən çox ölkəsində istehsal olunur. Braziliya, Vyetnam, Kolumbiya, İndoneziya, Efiopiya, Honduras, Hindistan, Uqanda, Meksika və Peru qəhvə istehsalına görə daha öndə gedən ölkələrdir. 

Beynəlxalq Qəhvə Təşkilatının statistikası açıqlayır ki, qəhvə istehlakında ən yuxarı pillədə dayanan ölkələr Finlandiya və İsveçdir. Ən çox qəhvə içən xalq olan finlər hər il adambaşına 12,5 kq qəhvə istehlak edirlər.

Finlandiya, İsveçdən sonra Norveç və Danimarka da dünyada ən çox qəhvə istehlak edən ölkələrdir. Təxminən 26 milyon əhalisi olan bu bölgədə hər il adambaşına ortalama 10,2 kiloqram qəhvə istehlak olunur. Bu da hər gün 28 qram üyüdülmüş və 2,5 fincan qəhvə istehlakı deməkdir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video