23 May 2013 01:05
375
Təhsil
A- A+

Əməkdaşlığa dair müqavilə imzalanmışdır

 

Mayın 22-də Türkiyənin Anadolu Universitetinin rektoru professor Davud  Aydın və prorektor professor Aydın Ziya Özgür ölkəmizə səfərləri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olmuşlar.

AzərTAc xəbər verir ki, görüşdə iki qardaş ölkənin elm və təhsil sahəsində əlaqələrinin ildən-ilə genişlənməsindən söz açılmış, universitetlər arasında  əməkdaşlıq,  tələbə və müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.

AzTU-nun rektoru professor Havar Məmmədov Azərbaycan və Türkiyə arasındakı çox qədim tarixi köklərə malik qardaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirilməsindən danışmışdır. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, strukturu, beynəlxalq əlaqələri, maddi-texniki bazası haqqında  qonaqlara  məlumat vermişdir.

Azərbaycanın təhsil sisteminin Avropa təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu  vurğulayan  rektor  Avropanın və dünyanın qabaqcıl ali məktəbləri ilə əlaqələrin əhəmiyyətini xüsusi  qeyd etmişdir.

Ölkələrimizin mehriban qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışan H.Məmmədov  Azərbaycan ilə Türkiyənin bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində əlaqələrinin dinamik inkişafından  və ildən-ilə genişlənməsindən  söz açmışdır. Rektor  AzTU-nun  Türkiyənin bir çox universitetləri ilə geniş əlaqələri olduğunu diqqətə çatdırmış, bağlanacaq müqavilənin iki ölkənin  ali təhsil müəssisələri  arasında əməkdaşlığın dərinləşməsində və daha da möhkəmləndirilməsində  mühüm rol oynayacağına əminliyini bildirmişdir.

Anadolu Universitetinin Türkiyədə və dünyada tanındığını deyən H.Məmmədov bu nüfuzlu ali təhsil müəssisəsi  ilə əməkdaşlığın səmərəli olacağına inamını ifadə etmiş, onun distant təhsil, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsindəki zəngin təcrübəsindən faydalanmağın zəruriliyini vurğulamışdır.

Anadolu Universitetinin rektoru professor Davud Aydın rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında  geniş məlumat vermişdir. Bildirilmişdir ki, 1958-ci ildən fəaliyyət göstərən bu ali təhsil müəssisəsində hazırda iki milyonadək  gənc təhsil alır. Dünyanın 30-dan çox ölkəsində 42 elmi mərkəzi olan bu tanınmış universitetin Azərbaycanda da iki minədək tələbəsi vardır.

 Ölkələrimiz arasındakı dostluq münasibətlərini xüsusi qeyd edən  D.Aydın, eyni zamanda,  ali məktəblər arasında elm və təhsil əlaqələrinin əhəmiyyətindən danışmış,  AzTU ilə  Anadolu Universiteti arasında əməkdaşlıq əlaqələri yaratmaq niyyətində olduqlarını söyləmişdir.

Sonra AzTU ilə Türkiyənin Anadolu Universiteti  arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Sənədi rektorlar - H.Məmmədov və D.Aydın  imzalamışlar.

Müqavilədə birgə tədris, elmi tədqiqatların aparılması, müəllim və tələbələr arasında təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.

Görüşdə müqavilədən irəli gələn bir sıra digər məsələlər, o cümlədən virtual əlaqələrin inkişafı, videokonfrans və simpoziumların, elmi-təcrübə mübadilələrinin, müştərək   tədbirlərin təşkili məsələləri müzakirə edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video