19 Aprel 2013 01:04
414
PARLAMENT
A- A+

Əmək pensiyası və sosial müavinətlər ilə bağlı qanunvericiliyə dəyişikliklər edilir

 

Dünən Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi.  Komitənin sədri Hadi Rəcəbli gündəlikdə duran məsələlər - "Əmək pensiyaları haqqında" və "Sosial müavinət haqqında" qanunlara dəyişikliklər edilərək "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanuna uyğunlaşdırılma aparılması barədə məlumat verdi.

Bildirildi ki, "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliklərə görə, Azərbaycan Respublikasının keçmiş Prezidentinin pensiya təminatı məsələləri "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanun ilə tənzimlənəcək. "Sosial müavinət haqqında" qanuna isə "Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanuna əsasən ödənilən müavinət" maddəsi əlavə edilir.

Qeyd olundu ki, hər iki dəyişiklik Azərbaycan Respublikasının keçmiş Prezidentin və onun ailə üzvlərinin sosial müavinət və əmək pensiyaları ilə bağlı sənədləşdirmənin mexanizminin dəyişdirilərək yeni sistemdə tətbiq olunmasına xidmət edir.

Yekunda gündəlikdə olan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

E.CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video