21 Oktyabr 2014 06:10
435
Elm və texnika
A- A+

Elmin İnkişafı Fondu yeni beynəlxalq qrant müsabiqəsi elan edib

Oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu (BRFTF) birgə elmi-tədqiqat layihələrinin və proqramlarının maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə ikinci Azərbaycan-Belarus beynəlxalq müsabiqəsini elan ediblər.
AzərTAc xəbər verir ki, EİF ilə Belarus Milli Elmlər Akademiyası və BRFTF arasında 2012-ci il sentyabrın 28-də Minsk şəhərində imzalanmış əməkdaşlıq haqqında beynəlxalq Sazişə əsasən, həmin ilin dekabrında birinci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan olunub. 2013-cü il iyunun 6-da müsabiqənin nəticələri açıqlanıb və yeddi qalib layihə müəyyənləşdirilib. Birinci müsabiqənin uğurları və ötən bir il ərzində əldə edilmiş nəticələr növbəti birgə qrant müsabiqəsinin keçirilməsi üçün zəmin yaradıb.
Birinci müsabiqədən fərqli olaraq, ikinci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsində bütün elm sahələri və istiqamətləri üzrə təqdim olunmuş beynəlxalq layihələr maliyyələşdiriləcək. Bu qrantlar yalnız Azərbaycan və Belarus alimlərindən təşkil olunmuş kollektivlərə veriləcək. Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin 500.000 manatı EİF tərəfindən ödəniləcək.
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu oktyabrın 27-dən dekabrın 27-si saat 17:00-dək aparılacaq. Bu müddətdə qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video