23 Iyul 2014 10:07
407
Elm və texnika
A- A+

Elmin bütün ölkə ərazisində populyarlaşdırılması Bilik Fondunun fəaliyyətinin əsas istiqaməti olacaqdır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndələri ilə görüş keçirilib.

AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, görüşdə akademiyanın prezidenti, akademik Akif Əlizadə fondun yaradılmasının təşəbbüskarı olan Prezident İlham Əliyevə alimlər adından minnətdarlığını bildirib. O, ölkədə elmin, ictimai fikrin inkişafından danışıb, gənclərlə aparılan işlərin vacibliyini vurğulayıb. Akademik elmi diasporla işin təşkilinin əhəmiyyətindən danışıb və qeyd edib ki, xaricdə xeyli azərbaycanlı alim çalışır. Təkcə riyaziyyat sahəsində onların sayı 150-dən çoxdur. AMEA-nın prezidenti həmin alimləri Azərbaycanda elmin inkişafına cəlb etməyin zəruri olduğunu söyləyib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev fondun fəaliyyətinin əsas istiqamətlərindən söz açıb. Bildirib ki, elmin bütün ölkə ərazisində populyarlaşdırılması, o cümlədən gənclər arasında savadlanma və maariflənmənin artırılması, xarici ölkələrdəki elmi nailiyyətlərin respublikanın ən ucqar kəndlərinə belə yayılması fondun fəaliyyətinin əsas istiqamətləri olacaqdır.
Bilik Fondunun sədri, pedaqogika üzrə fəlsəfə doktoru Oqtay Səmədov qurumun fəaliyyətinin təşkili çərçivəsində indiyədək görülmüş işlərdən danışıb. Vurğulayıb ki, fondun struktur bölmələri və ştat cədvəli təsdiq olunub, inzibati binası informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video