11:00 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Elmdə, mədəniyyətdə ilk nümunələr

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:13 23.05.2021

 

Qədim yaxud antik yunan mədəniyyəti Avropa mədəniyyətinin beşiyi kimi tanınır. Yunan mədəniyyəti tarixən bütün dünya ölkələrinin mədəniyyətlərinə təsir edib.

Avropanın ən qədim şəhərlərindən biri olan Afina eyni zamanda demokratiya, Qərb fəlsəfəsi, siyasət elmi, Qərb ədəbiyyatı, tarixşünaslıq, əsas riyazi prinsiplər və Qərb faciəsi və komediya nəzəriyyələrinin vətənidir.

E.ə. VI əsrin sonu-V əsrdə Afinada açıq havada tamaşa göstərmək üçün ilk teatrlar tikilib. E.ə. V əsrin sonları-IV əsrdə artıq bütün yunan şəhərlərində açıq havada tamaşa göstərilən teatrlar tikilmişdi. Romalılar Pun müharibələri dövründə yunan teatr mədəniyyətini mənimsəyiblər. Bütün Roma imperiyasında teatrlar qurulub. Sonralar isə teatr öz əhəmiyyətini pantomimanın inkişafı ilə əlaqədər olaraq itirib.

Yunanıstanda əfsanələr əsasında “keçi mahnısı” mənasını verən tragediyalar adlanan pyeslər yarandı. Afinada tragediyanın banisi Esxil olmuş, o, “Zəncirlənmiş Prometey” tragediyasını yazmışdı. E.ə. V əsrdə yaşamış Sofokl “Antiqona” faciəsinin müəllifidir. Yunanıstanda komediyalar şən, məzəli və gülməli səhnəciklərdən ibarət olurdu. “Quşlar” komediyasını yazmış Aristofan (e.ə. 445-385) “komediyanın atası” sayılıb.

E.ə. V əsrdə Afina yunan elminin mərkəzi idi. Bütün dünyanın ən xırda zərrəcik olan atomlardan ibarət olmasını da yunan alimi Demokrit açıqlayıb. O, insanlarda ruhun ölməzliyini inkar edir, dinin yaranmasının səbəbini insanların təbiət hadisələri qarşısında aciz qalmaları və qorxusu ilə izah edirdi. Demokritin davamçısı tibb elminin inkişafında böyük xidməti olan Hippokrat idi. Həkimin mənəvi davranış normaları olan “Hippokrat andı” onun adı ilə bağlıdır.

Makedoniyalı İsgəndərin müəllimi olan Aristotel bütün bilikləri ayrı-ayn sahələrə böldü, elmlərə ad verdi: botanika yunanca “bitki”, fizika - “təbiət”, poIitika - “dövlət” sözlərindən götürülüb. Buna görə də ona “birinci müəllim” deyirlər. Aristotel hesab edirdi ki, Yer kürə şəklindədir, dünyanın mərkəzində yerləşir, Günəş və ulduzlar isə onun ətrafında fırlanır.

Yunanıstanda tarix elminin əsası e.ə. V əsrdə qoyulub. Yunanıstan, Ön Asiya və Misirin, o cümlədən Azərbaycanın tarixini öyrənmək üçün qiymətli mənbə olan “Tarix” əsərini Siseronun  “tarixin atası” adlandırdığı yunan tarixçisi Herodot yazıb.

Dünyanın mənşəyini mifoloji deyil, təbii bir şəkildə izah edən ilk şəxs də yunan filosofu Thales olub. Yunanlar fəlsəfədə kainatın təbiəti haqqında hər bir ağlabatan sualı cavablandırmağa, həqiqət problemini və həyatın məqsəd və mənasını tapmağa çalışmışdılar. Fəlsəfədə bu günə qədər ən çox müzakirə edilən mövzu yunanların qərarlarının həqiqiliyi barədə olmuşdur. Bu fakt onların nailiyyətlərinin böyüklüyünü təsdiq edir.

Hələ yunan qaranlıq erasında bəzi həndəsi biliklər yaranmış, üçbucaq, kvadrat və çevrə kimi həndəsi fiqurlar meydana gəlmişdir.  Qədim yunanlar riyazi nəzəriyyə üzrə də birinci idilər. Pifaqorun, Evklidin və Arximedin nəzəriyyələri müasir cəbr dərsliklərinin əsasını təşkil edir.

Qədim Yunanıstandan danışdıqda Homeri unutmaq olmaz. Eramizdan əvvəl VIII əsrdə yaşamış kor şair Homer Yunanıstanın tarixini əks etdirən “İlliada” və “Odisseya” dastanlarını yaratmışdı. İki əsr müddətində  şifahi şəkildə söylənilən bu dastanlar eramızdan əvvəl VI əsrdə yazıya alınmışdı.

Yunanlar e.ə. II minillikdə unutduqları öz yazılarına bir daha qayıtmadılar. Onlar e.ə. IX əsrdə finikiyalıların əlifbasına sait səsi bildirən 2 işarə əlavə edib 24 hərfdən ibarət yunan əlifbasını tərtib etdilər. Yunan əlifbası bir çox əlifbalar üçün əsas oldu.

Qədim yunan dininin hər hansı bir vahid təlimi, müqəddəs kitabı ya da mərkəzi olmayıb. Qədim yunan mifologiyasının bir çox tanrıları olub.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM