11:34 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ellinlərin şəfası

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:12 23.05.2021

 

Eramızdan əvvəl 700-cü ildən başlayan və təxminən eramızın 600-cü ilinə qədər davam edən Qədim Yunan sivilizasiyası ərəfəsində yunan həkimləri də tibdə rasional düşüncəyə yönələrək sağalmaq üçün ilahi müdaxiləyə güvənməkdən çox praktik, təbii çarələrə yönəldilər. Beləliklə, qədim yunan həkimlərinin tibbi baxışları “sağlıqlı bədəndə sağlıqlı zehin” qavramına uyğun formalaşdı.

 

Tibb və riyaziyyat

 

Antik Yunanıstanda ilk zamanlar tibb hələ müstəqil bir sahə deyildi, lakin zaman keçdikcə digər sahələrdəki mütəxəssislərin biliklərini sağlamlığa yönəltmək üçün müəyyən tibbi intizam yaratmağa nail oldular.

Eramızdan əvvəl VI əsrdə yaşamış Pifaqor təbiət elmlərinə say nəzəriyyəsini gətirən riyaziyyatçı idi. Onun davamçıları isə rəqəmlərin, xüsusən 4 və 7 rəqəmlərinin sağlamlıq baxımından da müəyyən mənalara malik olduğuna inanırdılar. Məsələn, 7x40 bərabərdir 280, tam müddətli hamiləlik günlərinin sayı da 280-dir. Həmçinin səkkizinci aydan çox yeddinci ayda doğulan bir körpənin daha sağlam olacağına inanırdılar. Hansısa xəstəliyə yoluxmadan yayınmaq üçün 40 günlük karantin müddəti isə 40 sayının müqəddəs olduğu fikrindən irəli gəlirdi.

Yunanlara aid qədim qeydlər eramızdan əvvəl 700-cü ildə Knidosda erkən bir tibb məktəbinin olduğunu göstərir. Xəstələri müşahidə etmək praktikasına da bu məktəbdə başlanılmışdı. Eramızdan əvvəl 500-cü illərdə yaşamış filosof Alkmaion da bu məktəbdə çalışmış, tibb haqqında geniş məlumatlar yazmış və xəstəliklərin mümkün daxili səbəbləri ilə maraqlanan ilk şəxs kimi tarixə düşmüşdür. Filosof o dövrdə xəstəliklərin ətraf mühitin problemlərindən, qidalanma və yaşam tərzindən qaynaqlana biləcəyini diqqətə çəkmişdir.

 

Müharibə və Olimpiya oyunları

 

Qədim yunanları şəfa axtarmağa və sağlamlığı inkişaf etdirməyə təşviq edən iki əhəmiyyətli amil isə hərbi fəaliyyət və idmanla bağlı idi. Müharibələrdə həkimlər yaraları sağaltmaq, bədəndən yad cisimləri çıxarmaq və əsgərlərin ümumi sağlamlığı ilə maraqlanmağa çalışırdılar. Qədim Yunanıstanda başlayan Olimpiya oyunları da fiziki gücü artırmaq və yaralanmaları önləmək üçün insanların sağlıqlı qalma ehtiyacını artırırdı. Məsələn, bədən istiliyini artırmaq üçün zeytun yağından istifadə etmək, yaralanmaları önləmək üçün yarışmadan öncə isinmə praktikası var idi.

 

Təbiətə qarşı batil inanclar

 

Yunan həkimlər bütün xəstəliklərin və narahatlıqların təbii bir səbəbi olub-olmadığı ilə maraqlanmağa başlamaqla bərabər, xəstəliyə təbii müalicələrlə çarə tapmağa da çalışırdılar. O zamana qədər isə pis ruhları qovmağa yönəldilmiş sehrlər və bu  kimi batil inanc üsulları tibbin ən populyar forması idi.

Zaman irəlilədikcə isə qədim yunan tibbi duaların xəstəliklərə və vəbalara qarşı təsirsiz olduğu və epilepsiyanın qəzəbli tanrılar və ya pis ruhlarla heç bir əlaqəsi olmayan elmi qənaətə gəldilər.

Buna görə də yunan tibb mütəxəssisləri və alimləri get-gedə xəstəliklərin səbəbi üçün tamamilə təbii nəzəriyyələr axtarmağa başladılar.

 

Dörd bədən mayesi

 

Qədim yunan filosofu Empedokl bütün təbii maddələrin dörd elementdən yarandığı fikrini ortaya qoymuşdu: torpaq, su, hava və od. Bu dörd element fikri qədim yunan həkimlərini dörd bədən mayesi nəzəriyyəsini yaratmağa sövq etdi. Bu dörd bədən mayesi isə qan, bəlğəm, sarı safra və qara safra idi. Onların fikrincə, bədəndə bu mayeləri balanslı saxlamaq sağlamlığın əsas şərti idi.

Qədim yunanlılar daha sonra hər bir mayeni bir mövsümə, bir orqana, bir hissə və bir elementə uyğunlaşdırıb cədvəl tərtib etdilər:

1. Qara safra-dalaq-melanxolik-soyuq-quru-torpaq

2. Sarı safra-ağciyərlər- soyuqqanlı-soyuq və yağışlı-su

3. Bəlğəm-baş-optimist- isti və yağışlı-hava

4. Qan-öd kisəsi-əsəbi-isti və quraq - od

Nəzəriyyəyə əsasən bütün mayelər düzgün şəkildə balanslaşdırıldığında və qarışdığında şəxsin mükəmməl bir sağlığa sahib olacağı, bu mayelərdən birinin az, digərinin isə çox olduğu şəxsdə xəstəliyin ortaya çıxacağı düşünülürdü.

 

Tibbi təcrübə və tədqiqat

 

İki məşhur yunan filosofu Aristotel və Platon insan bədəninin o biri dünyada heç bir faydası olmadığı nəticəsinə gəldikdən sonra bu düşüncə yayılaraq yunanlı həkimlərə də təsir etdi və onların insan bədəninin daxilini sistematik şəkildə anlamağa başlamasına səbəb oldu.

Misirdə, İskəndəriyyədə elm adamları ölü bədənləri kəsməyə və onları araşdırmağa başladılar. Bu cür araşdırmalar isə ürəyin deyil, beyinin bədən üzvlərinin hərəkətini idarə etdiyi, qanın damarlardan keçdiyi tibbi nəticələrə yol açdı. Həmçinin mütəmadi baş verən müharibələr həkimlərə ilk yardım göstərmək təcrübəsi qazandırdı. Onlar qırıq sümükləri düzəltmək, çıxıq əzaları yerinə salmaq və sürüşmüş diskləri yaxınlaşdırmaq bacarığına malik təcrübəli mütəxəssislər oldular.

Hərbi həkimlər ox uclarını və digər silah parçalarını bədəndən çıxarırdılar. Həmçinin qanqrenanın yayılmasını dayandırmaq üçün amputasiya edirdilər. Yaranı ip vasitəsi ilə bağlayır və ona sirkə, şərab, yağ, su, dəniz suyu, bal ilə isladılmış kətanla və ya toz halına gətirilmiş bitkilərlə sarğı qoyurdular.

 

Qədim müalicə üsulları

 

Qədim yunan müalicə üsullarına əsasən, sinə xəstəlikləri zamanı bəlğəm çıxarmaq üçün arpa şorbası, eyni zamanda sirkə və baldan istifadə edilirdi.

Qədim tibbə aid kitablarda deyilirdi ki, sətəlcəm vaxtı vannalanmaq ağrını azaldır və bəlğəmi çıxarmağa kömək edir. Bunun üçün xəstə vannada tamamən hərəkətsiz qalmalıdır.

Həkimlər xəstənin normal temperaturunu tarazlaşdırmağa çalışarkən soyuqlamış xəstəni isti yerdə, qızdırmalı və tərləyən xəstələri isə quru və sərin yerlərdə saxlayır, qan tarazlığını təmin etmək üçün xəstələrdən qan alırdılar. Safra balansını tənzimləmək üçün laksatif verərək və ya qusduraraq xəstəni saflaşdırırdılar.

Yunan həkimlər eyni zamanda zehni və fiziki xəstəliklərin müalicəsi olaraq xəstələrə musiqi dinləməyi, teatr tamaşalarına baxmağı məsləhət görürdülər. Gut müalicəsi üçün fleyta və lira səsi dinləmək, psixoterapiya üçün tamaşalar izləmək müsbət nəticə verirdi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM