15 Oktyabr 2018 13:52
1543
Səhiyyə
A- A+

Əllərin təmiz yuyulması gigiyenanın əsas tələblərindən biridir


Oktyabrın 15-i Dünya Əllərin Yuyulması Günüdür. Bu tarix 2008-ci ildən BMT Baş Assambleyası sanitariya ili çərçivəsində BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə təsis edilib. Günün elan edilməsinə dəstək olaraq həmin tarixdə eyni anda dünyada 70-dən çox ölkədə 120 milyondan çox uşaq sabunla əllərini yuyub.
AZƏRTAC xəbər verir ki, əllərin yuyulması hər kəsin şəxsi işidir və hər kəs də onu öz səliqəsinə və təmizkarlığına uyğun yerinə yetirir. Digər tərəfdən, BMT-nin və Dünya Səhiyyə Təşkilatı mütəxəssislərinin qeyd etdiyi kimi, geniş miqyasda baxanda əllərin yuyulmaması faciəli nəticələrə aparıb çıxarır. Yuyulmamış əllər vəba, virus pnevmoniyası, hepatit, qrip, difteriya, konyuktivit, qaşınma və müxtəlif göbələk xəstəliklərinə yoluxma riskini dəfələrlə artırır.
"Çirkli əllər” Asiya və Afrika ölkələrində uşaq ölümünün yüksək faizinin əsas səbəblərindən biridir. UNICEF-in məlumatına görə, "çirkli əllər xəstəliyi” adlandırılan ishaldan hər gün beş min uşaq ölür. Halbuki onlara yeməkdən əvvəl və tualetdən çıxdıqdan sonra əlləri sabunla yumaq öyrədilsəydi bu ölümlərin sayı dəfələrlə az olardı.
Həmin gün keçirilən genişmiqyaslı tədbirlərin məqsədi gigiyena qaydalarının vacibliyinə ictimaiyyətin diqqətini cəlb etməkdir. Kütləvi-informasiya vasitələrinin köməyi ilə Əllərin Yuyulması Günündə bir sıra ölkələrdə gigiyenik tədbirlər aparılır, məktəblilərə məlumat kitabçaları paylanılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video