Elə güclü Azərbaycan qurdu ki...
Prezident İlham Əliyev güclü Azərbaycan qurdu. Elə bir Azərbaycan ki, bölgələrinin hamısı tarazlı inkişaf etdi, “ucqar kənd”, “ucqar rayon” ifadələri keçmişdə qaldı. Bütün ölkə çıraqban oldu. Qaz xətləri ən uzaq dağ kəndlərinədək uzandı. Elə bir Azərbaycan ki, dinamik sosial-iqtisadi inkişafı ilə ən nüfuzlu beynəlxalq reytinq təşkilatlarını heyrətləndirdi, kosmosa yüksəldi, nəhəng neft, qaz və ixrac layihələri ilə Avropanın enerji xəritəsini yenidən çəkdi...
Prezident İlham Əliyev elə bir güclü Azərbaycan qurdu, elə yenilməz ordu formalaşdırdı ki, arxasında böyük “dayaq”ları olan düşmənə diz çökdürdü. 30 il ərzində yağının viran qoyduğu böyük bir ərazidə genişmiqyaslı quruculuq işlərinə başladı.
Dövlət başçısı deyir ki, bu gün artıq dəyişən dünyada güc amili rəsmi qaydada ön plana çıxıb və güc elə iqtisadiyyatdır: “İqtisadiyyat güclü olmasa, hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil... Güc toplamaq üçün, əlbəttə ki, düzgün siyasət aparılmalıdır... Mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi - güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək! Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik”.
Məlumdur ki, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə adətən ciddi problemlər yaranır, onlar sərbəst yaşamaq imkanına malik olmurlar. Son illər ərzində Azərbaycan dövləti düzgün və məqsədyönlü siyasət yürüdərək bu istiqamətdə önəmli layihələr həyata keçirdi. Məsələn, 2006-cı ildə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, 2007-ci ildə “Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verildi. Daha sonra Bakı-Tbilisi-Qars dəmir yolu çəkildi. Bunların ardınca nəqliyyat-logistika və digər sahələrdə də önəmli layihələr icra olundu. Bir sözlə, Azərbaycan qısa müddətdə regionun güc mərkəzinə çevrildi.
BTC Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verdi. Bu, ümumiyyətlə, bütün regiona xeyir-bərəkət gətirən kəmərdir. Yeri gəlmişkən qeyd edək ki, belə bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına böyük zərbədir.
TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) dördüncü ildir Azərbaycan qazını uğurla Türkiyəyə nəql edir. İndi layihələrimizin yolu daha uzaq ünvanlaradır. TAP (Trans-Adriatik Qaz Boru Kəməri)
TANAP-dan qəbul etdiyi mavi yanacağı keçən ilin son günündə Avropaya çatdırdı. Bununla da “Cənub qaz dəhlizi” tam fəaliyyətə başladı.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub qaz dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir. Dövlət başçısı bununla yanaşı, “Cənub qaz dəhlizi”nin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində reallaşdığını da dəfələrlə vurğulamışdır. Yəni “Cənub qaz dəhlizi” layihəsinin uğurla tamamlanması nümayiş etdirir ki, komanda şəklində aparılan iş həmişə yaxşı nəticə verir. Burada istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları üst-üstə düşür. Belə ki, layihənin icrasında geniş beynəlxalq əməkdaşlıq formatı yaradaraq yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulacaqlar. Deməli, “Cənub qaz dəhlizi”nin “qol”larının da olacağı mümkündür. Çünki Avropanın Azərbaycan qazına ehtiyacı var. Eyni zamanda biz öz ixrac imkanlarımızı genişləndirmək istəyirik və bu baxımdan Avropa bazarı çox əlverişlidir.
Müəllifi İlham Əliyev olan “Cənub qaz dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatımızın inkişafında mühüm amil olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət götürəcəklər. Bu layihə Azərbaycana böyük gəlirlər gətirərək insanların rifahının yüksəlməsinə təsir göstərəcək, xalqımızın firavan gələcəyini təmin edəcək.
Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi və hərbi qüdrətinin artmasında həyata keçirilən bu nəhəng layihələrin əhəmiyyətini dəfələrlə vurğulamışdır: “Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi”.
Zaman Prezidentimiz tərəfindən qarşıya qoyulmuş vəzifələrin məqsədyönlü olduğunu, müəyyənləşdirilmiş strategiyanın düzgün seçildiyini təsdiqlədi. Həyata keçirilən çoxşaxəli proqramlar, dərin islahatlar ölkəmizi böyük inkişaf yoluna çıxardı. Odur ki, bu gün müstəqil Azərbaycan özünün ən şanlı dövrünü yaşayır. İqtisadi gücü ona bütün dünyada böyük nüfuz qazandırmış, eləcə də torpaqlarımızı işğaldan azad etməkdə, düşmən üzərində qələbə çalmaqda əsas səbəblərdən biri olmuşdur.
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!