14 Oktyabr 2021 17:46
454
İQTİSADİYYAT
A- A+

Əlcəzair “Sonatrach” şirkətinin SOCAR-la əlaqələrinin genişləndirilməsində maraqlıdır  

Oktyabrın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhak ilə görüşüb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və Əlcəzairin zəngin karbohidrogen ehtiyatlarına malik ölkələr olduğunu vurğulayan xanım səfir son illərdə ölkəmizdə həyata keçirilən strateji əhəmiyyətli infrastruktur layihələrinin uğurlarını diqqətlə izlədiklərini bildirib, bu sırada Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olan TAP boru kəmərinin yekunlaşmasını xüsusi qeyd edib. Xanım səfir TAP boru kəmərinin istismara verilməsi ilə neftlə yanaşı Azərbaycan qazının da Avropaya nəqlinə start verildiyindən məmnunluq hissi ilə danışıb.

O qeyd edib ki, Əlcəzair də Avropanın enerji təchizatında təcrübəli oyunçulardan biri olmaqla, müvafiq ixrac infrastrukturuna malikdir. Əlcəzair qazı boru kəmərləri vasitəsilə, eləcə də mayeləşdirilmiş (LNG) halda bazarlara daşınır. Səfir öz ölkəsinin “Sonatrach” şirkəti və SOCAR arasında əlaqələrin genişləndirilməsində, yeni əməkdaşlıq imkanlarının, o cümlədən Avropa bazarında əməkdaşlıq imkanlarının araşdırılmasında maraqlı olduğunu söyləyib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Sonatrach” şirkətinin yeni rəhbərliyi ilə görüşməkdən məmnun olacağını bildirib, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər olduğunu vurğulayıb. Görüşdə qlobal pandemiyanın sona yaxınlaşdığı da nəzərə alınaraq, “Sonatrach” şirkəti ilə SOCAR arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi razılaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video