05:29 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin\


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin İşçi qrup üzvlərinin Füzuli-Şuşa-Hadrut marşrutu üzrə səfəri gerçəkləşib
ANA SƏHİFƏ / CƏMİYYƏT
09:01 31.07.2021

 

İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupları işğaldan azad edilmiş ərazilərə səfəri zamanı görülən işlərlə tanış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayonunda iki işçi qrupu Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhər Şəhərsalma məsələləri üzrə nümayəndələr iştirak edib. Səfər zamanı öncə Füzuli rayonunda yerinə yetirilən işlərə baxış keçirilib. İşçi Qrupun üzvləri Beynəlxalq Hava Limanında görülən işlərlı tanış olub. AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov məlumat verərək bildirib ki, ilk sınaq uçuşunun sentyabrın 5-də yerinə yetirilməsi nəzərdə tutulan hava limanında işlər davam etdirilir. Aeorovağzal binasının tikintisində beton işləri demək olar ki, 80 faizi yekunlaşıb. Liman kompleksinin bu ilin sonuna kimi tam istifadəyə verilməsi proqnozlaşdırılır. O qeyd edib ki, hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş zolağında üst qat adlı aşınma zolağı vurulur ki, 1500 metr hissəsində 22.5 metr hissə yekunlaşıb. Digər hissələrdə isə konstruksiyanın alt qat layı vurulur. Sükan yolunun asfalt qatı vurulması üçün konstruskiya işləri tamamlanıb, yaxın zamanlarda asfalt örtüyün çəkilməsinə start veriləcək. Həmçinin sahəsi 60 min kvadratmetr olan, 8 hava gəmisini saxlaya biləcək peronda tamamlanma işləri görülür. Bina və qruğularda da işlər davam edir. Terminal hissədə ümumi olaraq işlər 70 faiz yerinə yetirilib, metal konstruksiyası işləri 100 faiz tamamlanıb, dam örtüyündə üzlənmə işləri aparılır. Uçuşların enməsinin təmin olunması üçün aeronaviqasiya avadanlıqları alınaraq quraşdırılıb, gecə uçuşlarının idarə olunması üçün işıq-siqnalları quraşdırılır. Ümumiyyətlə işıq sisteminin 90 faizə qədəri yerinə yetirilib. Uçuş-enmə zolaqları sentyabrın 5-də tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək. Bundan başqa asfalt örtüyünün vurulması üçün yaxınlıqda iki asfalt zavodu da inşa olunub. Limanın elektrik təminatı üçün elektrik xətti çəkilərək transformator yarımstansiyası quraşdırılıb. Bundan başqa, iki ədəd artezian quyusu qazılıb və suyun analizləri aparılıb. Aerovağzal 400 tona qədər ağırlığı olan hava gəmilərini qəbul edə biləcəy

Füzuli-Hadrut yolu minalardan təmizlənir

Füzuliyə səfər edən işçi qrupun üzvləri minatəmizləmə işləri olə tanış olub. Səfər çərçivəsində işçi qrupun üzvləri Füzuli-Hadrut yolunda minatəmizləmə işlərinə baxış keçirib. ANAMA-nın əməkdaşı İdris İsmayılov məlumat verərək bildirib ki, hazırda nəqliyyat sektoru üzrə ərazilərin minalardan təmizlənməsi yerinə yetirilir. Təmizləmə işləri üç üsulla əl ilə, mexaniki və xüsusi təlim keçmiş itlər vasitəsilə aparılır. Ümumilikdə bu günə kimi 3500 hektar ərazidən 20 minə yaxın mina və silah-sursat aşkar edilərək zərərsizləşdirilib.

Həmçinin səfər zamanı minaların partladılması prossesi izlənilib. Ərazidən tapılan 194 ədəd mina və partlmamış silah-sursatların bir hissəsi partlatma yolu ilə zərərsizləşdirilib.

Zəfər yolunun sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub

İdarələrarası İşçi qrupu Füzuli səfəri zamanı Zəfər yolunda görülən işlərlə tanış olub. AAYDA-nın əməkdaşı Fərid Yusubov açıqlamasında bildirib ki, yolun sentyabr ayında istifadəyə verilməsi planlaşdırılıb. Hazırda yolun əsas tikintisi ilə yanaşı digər tikinti işlər aparılır. Belə ki, 2-ci texniki dərəcəyə uyğun olan yolun hərəkət hissəsi 7 metr torpaq yatağı isə 11-12 metr təşkil edir. Yol üzrəində 168 ədəd müxtəlif diametrli borular quraşdırılıb və yeraltı keçidlər inşa olunub. Ümumi uzunluğu 351 metr olan 4 ədəd körpünün inşası davam edir. Yol yatağı demək olar ki yekunlaşmaq üzrədir. Yolun 0-20-ci kilometr və 40-45-ci kilometrində asfalt işləri görülüb. Yol üzərində 11 yerdə uzunluğu 1423 metr olan istinad divarları tikilib.

Şuşada yenidən qurma işləri geniş vüsət alıb

Füzulidən sonra Şuşa şəhərinə səfər zamanı 2 işçi qrup - Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhərsalma məsələləri üzrə İşçi Qruplarının üzvlərinə Şuşa şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı məlumat verilib. Şuşa şəhərində Şuşa Radio-Televiziya Yayım Stansiyasına, Şuşa Rabitə Qovşağının binasına, eləcə də şəhərdə mövcud olan telekommunikasiya infrastrukturuna, Şuşa Avtovağzalının binasına və mövcud yol infrastrukturuna baxış keçirilib. Həmçinin Şuşada yerinə yetiriləcək işlərin baş planı barədə məlumat verən Prezindentin Şuşa üzrə nümayəndəsi Aydın Kərimov Şuşanın baş planı barədə məlumat verərək söyləyib ki, plana əsasən bir neçə aydır, işlər görülür. İlkin olaraq küçə və yol şəbəkəsi işlənib hazırlanıb və təqdim olunub. Bundan başqa infrasturktur şəbəkəsində işlər nəzərdə tutulub ki, buraya su-kanalizasiya, elektrik şəbəkəsi və bunların düzgün plana uyğun aparılması daxildir. Həmçinin şəhərin əsas planına daxil olan zonalaşdırılmadır ki, burada əsasən yüksək sıxlıqlı, orta sıxlıqlı və kiçik sıxıqlı ərazilər, otelçilik sahəsi, həmçinin yaşıl zonalar və tarixi hissələrin məxsusi olaraq qorunma zonası ayrılır. Şəhərin şimal hissəsi Gəncə qapısı sahəsidir ki, burada turistik və tarixi zonalar, yuxarı hissədə isə daha çox yaşayış və ictimai-işgüzar zonalar olacaq. Mərkəzdə isə böyük məscid kompleksinin inşası nəzərdə tutulub. Şəhərdə inşa olunan binaların isə əsasən 4-5 mərtəbəli tikililərdən ibarət olması planlaşdırılır.

Hadrutda 3 İşçi qrupunun birgə iclası gerçəkləşib

Səfərin növbəti ünvanı Xocavəndin Hadrut qəsəbəsi olub. Xocavənd rayonunun Hadrut qəsəbəsində 3 işçi qrupun - Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri üzrə, Elm, təhsil və mədəniyyət məsələləri üzrə nümayəndələrin iştirakı ilə iclas keçirilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən Toplantıda işçi qruplarına daxil olan nazirliklərin, agentliklərin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, şəhərsalma, nəqliyyat və telekommunikasiya infrastrukturu layihələrinin icra vəziyyəti, mədəni irsin və tarixi-mədəniyyət abidələrinin qorunması, Ağdam və Şuşa şəhərlərində tarixi mədəniyyət abidələrinin bərpası məsələlərinə dair müzakirələr aparılıb.

İdarələrarası Mərkəzin Elm, təhsil, mədəniyyət məsələləri üzrə İşçi Qrupunun rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərdə dövlətimizin başçısının sərəncamı ilə aparılan sosial-iqtisadi, humanitar bərpa-quruculuq məsələlərində mərkəzləşmiş qaydada fəaliyyəti təmin etmək üçün əlaqələndirmə qərargahı yaradılıb və bu qərargahın nəzdində idarəetmənin daha çevik aparılması üçün bir mərkəz yaradılıb. Mərkəzdə müxtəlif işçi qruplar fəaliyət göstərir ki, onlardan biridə Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupudur. Azad edilmiş ərazilərdə noyabr ayından bəri görüləcək tədbirlərin planlaşdırılması, layihələndirilməsi istiqamətində xeyli iş görülüb. Bu işləri daha dəqiq aparmaq üçün işğaldan azad olunmuş torpaqlarda İşçi qruplarının iclasları keçirilir.

“Biz dünən Ağdamda kifayət qədər məlumat topladıq. Ağdamın tarixi yerlərini ziyarət etdik, mədəniyyət abidələrinə baxdıq, Üzərliktəpədə olduq. Yaxın günlərdə orada da qazıntı işlərinə başlanılacaq. Ağdamda gördüklərimiz bizi çox sarsıtdı. Vaxtilə Azərbaycanın ən gözəl, inkişaf etmiş şəhərindən demək olar ki, heç nə qalmayıb. Amma biz inanırıq ki, Ağdam tarixi yaddaşımızda necə qalıbsa, gələcəkdə də çox parlaq şəhər olacaq”, - deyən Fərəh Əliyeva qeyd edib ki, İşçi Qrupunun üzvləri Ağdamda Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Zəfər parkının, İşğal muzeyinin tikintisi işləri ilə tanış olub, fikir mübadiləsi aparıblar. Ağdamdan sonra Şuşada olduqlarını bildirən İşçi Qrupunun rəhbəri deyib: “Bildiyiniz kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Orada şəhər dövlət qoruğu yaradılıb. Şuşada yüzlərlə mədəni-dini abidə var. Bu abidələrin inventarlaşdırılması tamamilə başa çatıb. Biz onların hamısına baxış keçirmişik, Ağdamın da tarixi məhəllələrinə baxmışıq, orada artıq bərpa-quruculuq işləri aparılır. Bütün kompleks tədbirlər müzakirə olunub, onların hamısı toplanacaq və müəyyən rəy təqdim olunacaq”.

Hadrutda Alban məbədində olduqlarını bildirən Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, ermənilərin bütün ideologiyası nifrət, saxta tarix yaratmaq üzərində qurulub, özünün olmayanı özününküləşdirmək olub. Bu baxımdan, təbii ki, alimlərimizin, memarlarımızın, arxeoloqlarımızın üzərinə böyük iş düşür.

Şəhərsalma məsələləri üzrə İşçi Qrupun rəhbəri Namiq Hümmətov ərazidə aparılan quruculuq və tikinti işləri barədə danışarkən söyləyib ki, 2020-ci il noyabrın 24-də Azərbaycan Prezidentinin Sərəncamı ilə əlaqələndirmə qərargahı və onun nəzdində mərkəz yaradılıb. Onun tabeliyində olan işçi qrupları faəliyyət göstərir ki, onlardan biri də Şəhərsalma məsələləri üzrə İşçi Qrupudur. Gündəlik vəziyyətdə müzakirə və iclaslar aparılır. Bir çox məsələlər - əsasən ərazi planlaşdırma sənədləri, icra olunan perspektiv layihələrin nəticələri operativ qayda da həl edilir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə işçi qrupun rəhbəri Rəhman Hümmətov isə işğaldan azad edilən ərazilərdə rabitə və telekomunikasiya işləri barədə məlumat verib. O bildirib ki, ölkə rəhbərinin bilavasitə tapşırığı və nəzarəti ilə azad edilən ərazilərdə nəqliyyat, yol, rabitə və infrasturukturun yenidən qurulması istiqamətində işlər başlanılıb və davam etdirilir. Azad edilən ərazilərdə 10-dan çox avtomobil yolunda işlər aparılır. Xüsusilə vurğulamaq lazımdır ki, Horadiz-Ağbənd və Ağdam-Bərdə dəmir yolu xəttində də işlər davam edir. Həmçinin rabitə infrastruktrunda da böyük işlər görülüb. 1400 kilometrdən çox optik kabel çəkilib.

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin sədr müavini Nüsrət Süleymanov qeyd edib ki, ölkə rəhbərinin müvafiq sərəncamına uyğuna olaraq yaradılan Əlaqələndirmə Qərargahını çərçivəsində işçi qrupları fəaliyyətini davam etidirir. Qərargahın nəzdində 11 işçi qrup var, 72 dövlət qurumunun 150-dən çox nümayəndəsi təmsil olunur. Daha öncə bu qruplar öz fəaliyyətini Bakı şəhərində yerinə yetirirdisə, qəbul olunan qərara əsasən artıq iclaslar işğaldan azad olunan ərazilərdə yerinə yetirilir. Bu səfərlərdə əsas məqsəd ərazilərdə praktik olaraq görülmüş işlərlə tanışlıqdır və bu proses görülən işlərin sıx şəkildə əlaqələndirilməsini təmin edir. Əlaqələndirmə Qərargahı çərçivəsində görülən bütün işlər ölkə rəhbərinin müvafiq göstəriş və tapşırığına əsasən yerinə yetirilir və işçi qruplar gündəlik qarşıya qoyulan işlərin yerinə yetirilmsini davam etdirir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM