09:25 17 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
02:31 17.06.2021

BİLDİRİŞ


02:29 17.06.2021

BİLDİRİŞ


02:28 17.06.2021

BİLDİRİŞ


23:15 16.06.2021 Səfər başa çatdı
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Əl Əxbariya” qəzeti: Prezident İlham Əliyev Fransaya Əlcəzairdə törətdiyi cinayətləri xatırladıb
 
ANA SƏHİFƏ / SİYASƏT
15:59 12.05.2021

 Əlcəzairin “Əl Əxbariya” qəzetində “Prezident İlham Əliyev Fransaya Əlcəzairdə törətdiyi cinayətləri xatırladıb” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın dövlət başçısının son müsahibəsində Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının qətlə yetirilmiş liderlərinin kəllələrinin nümayiş etdirildiyi barədə sözləri vurğulanıb. Müəllif qeyd edib ki, Prezident İlham Əliyev fransız rəsmilərinə güzgüyə baxmağı məsləhət görüb.

Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Fransa Senatını və Xarici İşlər Nazirliyini Bakıda yaradılmış Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoymağa çağırıb. Bu iftiraları yayan jurnalistlərə, xarici media nümayəndələrinə və siyasətçilərə müraciət edən Prezident İlham Əliyev əlavə edib ki, onlar öz işləri ilə məşğul olsunlar, çünki onların özləri problemlər içində çabalayır, min cür problemləri var.

Sonda qeyd olunub ki, Bakıdakı Hərbi Qənimətlər Parkı öz torpaqlarını işğaldan azad etmiş Azərbaycan Ordusunun rəşadətini əks etdirir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM