26 Dekabr 2012 01:12
591
PARLAMENT
A- A+

«Ekoloji təhlükəsizlik haqqında» qanunda dəyişiklik olunacaq

 

Genetik modifikasiya olunmuş bitkilərin ölkəyə gətirilməsinə qarşı cərimələr sərtləşdirilir

 

Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə 6 qanuna təklif olunan dəyişikliklər daxil edilib.

Gündəlikdəki məsələlər barədə məlumat verən Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Şahmərdan Kərimov diqqətə çatdırdı ki, 6 qanun layihəsinə təklif olunan dəyişikliklər 2011-ci ildə qəbul edilmiş "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanunun tətbiqi ilə bağlıdır. Bununla əlaqədar "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" və "Seleksiya nailiyyətləri haqqında" qanunlara təklif olunan dəyişikliklər Azərbaycana məxsus ənənəvi mədəni brend bitkilərin mühafizəsi və seleksiya nailiyyəti nümunəsinin Milli Genbankında saxlanması tələblərini özündə ehtiva edir.

"Ekoloji təhlükəsizlik haqqında", "Ətraf mühitin mühafizəsi haqqında" qanunlara təklif olunan dəyişikliklər isə genetik modifikasiya edilmiş bitkilərin genetik materiallarının ölkəmizə gətirilməsinin və yayılmasının qarşısının alınması məqsədini daşıyır.

Qeyd olundu ki, İnzibati Xətalar Məcəlləsinə əlavə ediləcək 120-1-ci  maddə isə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edəcək. Belə pozuntuya yol verilərsə, fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək miqdarda cərimə ediləcəklər.

Bildirildi ki, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanuna da elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan kənd təsərrüfatı  materiallarına dair yeni 16-cı maddənin əlavə edilməsi təklif olunur.

Deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra 6 qanunun hamısına təklif edilən dəyişikliklər Milli Məclisin iclasında müzakirəyə tövsiyə olundu.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video