17:22 30 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
11:39 30.07.2021 Şuşanın dağları
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əhməd İsmayılov: “Media haqqında” qanun layihəsi ekspertiza mərhələsindədir
ANA SƏHİFƏ / CƏMİYYƏT
19:01 14.06.2021

 

“Media haqqında” qanun layihəsi Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə verilmiş tapşırığa əsasən müvafiq İşçi qrupu tərəfindən hazırlanıb. Qanun layihəsinin hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşdirmənin təşkili, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.

O qeyd edib: “Media subyektlərinin reyestri demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə, fərq ondan ibarətdir ki, nəinki çap mediası, eyni zamanda, audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdən keçmiş olmalıdırlar.

Hazırda bu istiqamətdə işin getdiyini qeyd edən Ə.İsmayılov vurğulayıb ki, İşçi qrup tərəfindən qanun layihəsinin ekspertizası yekunlaşdırıldıqdan sonra qısa müddət ərzində parlamentə təqdim olunacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM