29 Yanvar 2012 12:01
559
Oxucu məktubları
A- A+

Əhdə vəfa

 

Bu ağbirçək qadının - İvonna Botonun qəribə taleyi var. Fransada doğulub, orada hədd-buluğa çatıb. Gəncliyi İkinci Dünya müharibəsinin ağrılı-acılı illərinə düşüb. Müharibə onun da taleyində çox fərqli izlər qoyub. Müharibə dövründə Fransada Müqavimət Hərəkatına qoşulan gənclə İtaliyada əsirlikdən qaçıb. Azərbaycanın İmişli rayonunun Muğuzallı kəndindən olan Şirməmmədlə təsadüfi tanışlıq çox keçmədən əsl məhəbbətə çevrilib. İvonnanın atası Canlion Fransa Müqavimət Hərəkatının lideri Şarl de Qolla yaxın idi. İmkan düşən kimi müxtəlif yollarla partizanlara silah-sursat, ərzaq göndərir, yaralı partizanların müalicəsinə kömək edirdi. Canlion 1944-cü ildə İtaliyadakı əsir düşərgəsindən qaçan Şirməmmədi də yaxşı tanıyırdı. Onun cəsarətinə, hünərinə yaxşı bələd olduğu üçün qızının seçiminə etiraz etmədi. Qayğıkeş atanın xeyir-duası ilə ailə quran gənclər mehriban yaşayır, günlər ötdükcə bir-birlərinə daha möhkəm bağlanırdılar.

Nəhayət, hamı kimi Şirməmmədin də çoxdan arzusunda olduğu gün gəlib çatdı. Faşist Almaniyası məğlub edildi. Şirməmmədin ürəyi Azərbaycana, doğma el-obaya qayıtmaq üçün qəfəsə salınmış quş kimi çırpınırdı. Axır ki, belə bir məqam da yetişdi. Əslində, Fransada, Parisdə Şirməmməd üçün pis keçmirdi. Qayınatası hörmətli adam idi. Sözü hər yerdə keçirdi. Şirməmməd  burada hər şeyin yaxşı olacağına inansa da, qürbət eldə qərar tutub yaşaya bilməyəcəyini, ürəyinin hökmünə qarşı çıxmağı bacarmadığını dilə gətirdi.              

Ərini dünyalar qədər sevən İvonna atasına dedi ki, Şirməmməddən ayrılmaram, mən də onunla Azərbaycana gedirəm. Mehriban və qayğıkeş atanın tabe olmaqdan başqa yolu qalmadı. Baxmayaraq ki, İvonna anasını hələ uşaq ikən itirmişdi. Atası bütün əzab-əziyyətini çəkmiş, hər şıltaqlığına dözmüşdü. İndi ürəyinin bir parçası olan doğma balasından ayrılırdı. Nə qızını çox sevdiyi ömür-gün yoldaşından ayırmağa qıyırdı, nə də balasını o zamanlar çox qapalı bir dövlət kimi tanınan Sovet İttifaqına yola salıb nigarançılıqdan qurtula bilirdi. Ayrılıq anında isə heç kəs bilmirdi ki, bu, onların son görüşü, əbədi ayrılığıdır...

...Şirməmmədi də, onun fransız xanımını da Muğuzallı kəndində toy-bayramla qarşıladılar. Bu, 1947-ci ildə olmuşdu. Onlar dünyaya altı övlad gətirdilər. Uşaqlar Şirməmmədlə İvonnanın başlarını necə qatdılarsa, onlar illərin necə sürətlə ötüb keçdiyini hiss etmədilər. Artıq Şirməmməd dünyasını çoxdan dəyişib. İndi İvonnanın 30 nəvəsi, 22 nəticəsi var. Övladları onu çox sevir, başına pərvanə kimi  dolanırlar. Çoxu oxuyub ali təhsil alıb, yaxşı ev-eşik sahibi olublar.

İvonna Botto yalnız 64 ildən sonra dünyaya göz açdığı diyara baş çəkə bilib. Bu yaxınlarda gerçəkləşən 10 günlük səfər onda xoş və kövrək duyğular oyadıb. Fransada doğmalarının məzarını ziyarət edib. Böyüdüyü evə, həyətə, oxuduğu məktəbə baş çəkib, Parisi gəzib.

Söz düşəndə deyir ki, Bakı heç də Parisdən geri qalmır. Parisdə əmisi qızı Marsella ilə də görüşüb. Marsella söz verib ki, tezliklə Azərbaycana qonaq gələcək. İndi İvonna doğma qohumunu qarşılamağa, onu övladları ilə tanış etməyə hazırlaşır. Çox istəyir ki, əziz qonağı gələnə kimi yeni ev tikilib qurtarsın. Axı, İvonna nənəyə hazırda dövlət hesabına ikimərtəbəli, yaraşıqlı ev tikilir.

 

Zeynəb HƏSƏNOVA,

"Xalq sözü" qəzetinin əməkdaşı,

İmişli

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video