11 Mart 2014 11:03
535
Səhiyyə
A- A+

Əhalinin tibbi müayinəsi uğurla davam edir

 

Xocavənd

 Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən fevralın 17-dən başlayaraq ölkə vətəndaşlarının kütləvi tibbi müayinəsi həyata keçirilir. Bu humanitar aksiyada xocavəndli məcburi köçkünlər də fəal iştirak edirlər.

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsini təmin etmək üçün zəruri tədbirlər görülmüşdür. Xocavəndli məcburi köçkünlər respublikanın 36 şəhər və rayonunda məskunlaşmışlar. Fevralın 17-dən indiyədək Beyləqan rayonu ərazisində və Sumqayıt şəhərində məskunlaşmış 4745 sakin tibbi müayinədən keçirilmiş, 5 rayonda məskunlaşmış xocavəndli məcburi köçkünlərin müayinəsi başa çatmışdır.

Mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini Fövzi Tahirov məlumat vermişdir ki, müayinələrin mütəşəkkil qaydada aparılması üçün əvvəlcədən ciddi hazırlıq işləri görülmüş, lazımi şərait yaradılmışdır. Sakinlər terapevt, cərrah, lor, stomatoloq və digər ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs müayinələrindən keçirilirlər. Bu günədək 270 nəfər ambulator, 6 nəfər stasionar müalicəyə cəlb olunmuş, 4 nəfər isə daha geniş müalicə almaq üçün paytaxtın tibb müəssisələrinə göndərilmişdir.

Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti xocavəndli məcburi köçkünlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Xocavənd qəsəbəsindəki mərkəzi rayon xəstəxanasında tibbi müayinədən keçən Salakətin kənd tam orta məktəbinin müəllimi Taleh Mirzəyev yaradılan şəraitdən, aksiyanın təşkilindən razılığını bildirərək göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etmişdir.

 

Daşkəsən

 

Əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən Daşkəsəndə xüsusi komissiya və qərargah yaradılmış, səhiyyə ocaqlarında iş qrafiki tərtib olunmuşdur. Sakinlər mərkəzi rayon xəstəxanasında, eləcə də kəndlərdəki həkim məntəqələrində müayinə olunurlar.

Mərkəzi rayon xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev AzərTAc-a demişdir ki, indiyədək  əhalinin 7 min 295 nəfəri müayinədən keçmişdir. Onlardan 299 nəfəri ambulator müalicəyə, 14 nəfəri isə stasionar müalicəyə cəlb edilmişdir. Daha 22 nəfər Bakıdakı ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir.    

Qrafikə əsasən müayinələrə ilk növbədə idarə, müəssisə və təşkilatların kollektivləri cəlb olunurlar. Həkim briqadaları məktəb və uşaq bağçalarında da müayinələr aparır, yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər.

 

Nərimanov

 

Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə əhalinin icbari tibbi müayinədən keçirilməsi aksiyası Nərimanov rayonunda da uğurla davam etdirilir.

Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat-təşviqat və məlumatlandırma işlərini mütəmadi davam etdirir. Komissiyanın gördüyü tədbirlər rayon  sakinlərinin tibbi müayinə aksiyasında mütəşəkkilliyini təmin etmişdir. Fevralın 17-dən indiyədək 18 min 449 nəfər rayon sakini hərtərəfli müayinə olunmuşdur. Onlardan 747 nəfərinə ambulator, 20 nəfərinə isə stasionar müalicə kursu təyin edilmişdir.

AzərTAc xəbər verir ki, başqa günlərdə olduğu kimi, martın 11-də də 18 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin qrafik əsasında tibbi müayinəsi yüksək səviyyədə aparılmışdır. Burada sakinlərin rahat şəkildə tibbi müayinələrdən keçmələri üçün bütün lazımi şərait yaradılmışdır.

Poliklinikanın baş həkimi Şəhla Məmmədova demişdir ki, dövlət başçısının tapşırığı ilə keçirilən bu aksiyanın xəstəliklərin erkən aşkarlanması və əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyəti vardır. Təcrübəli həkimlərdən ibarət səyyar briqadalar müayinəyə gələ bilməyən insanlara  evlərində xidmət göstərirlər. Poliklinika 26 min 174 sakinə xidmət edir. Artıq onlardan 4 mini dispanser  müayinədən keçmişdir. Müayinə olunanlardan 26 nəfər stasionar müalicəyə cəlb edilmiş, 16 nəfər isə elmi-tədqiqat institutlarına və diaqnostika mərkəzlərinə göndərilmişdir.

Baş həkim bildirmişdir ki, müayinədən keçən insanlarda ən çox şəkərli diabet, onkoloji, ürək-damar və göz xəstəlikləri müşahidə olunur.

Rayon sakini Zirəddin Bayramlı isə demişdir: "Bütün müayinələrdən keçdim. Burada yaradılan şərait, həkimlərin vətəndaşları həssaslıqla dinləmələri məni razı saldı. Gördüyünüz kimi, poliklinika ən müasir tibbi cihazlarla təchiz edilmişdir. Bu da onu göstərir ki, Azərbaycan Prezidentinin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasına, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatına və  müalicəsinə xidmət edir. Bu aksiya isə dövlət başçısının vətəndaşlara diqqət və qayğısının daha bir nümunəsidir".

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video