16:45 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əhalinin su ilə təminatına böyük diqqət yetirilir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:37 11.08.2019


Prezident İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə verdiyi tapşırığa uyğun olaraq bölgələrdə genişmiqyaslı layihələrin icrası uğurla davam etdirilir. Bu baxımdan respublikamızın qərb bölgəsini su ilə təmin edən Şəmkirçay su anbarının istismara verilməsi ətraf şəhər və rayonların istər içməli, istərsə də suvarma suyu ilə təminatında böyük rol oynayır.

Əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək üçün hazırda su anbarının yaxınlığında yaradılan sutəmizləyici qurğuda son tamamlama işləri görülür. Qurğu istifadəyə verildikdən sonra Şəmkir, Samux və Gəncə şəhərlərinin davamlı və keyfiyyətli içməli su ilə təchizatı daha da yaxşılaşacaq.

Qərb bölgəsinin içməli və suvarma suyu ilə təminatında mühüm əhəmiyyət daşıyan Şəmkirçay su anbarı istismara veriləndən sonra bölgənin su ilə təminatında mövcud olan əsas problem, demək olar, həll edilmişdir. Dəryaçanın ümumi su tutumu 165,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir.

Hazırda Almaniya İnkişaf Bankı ilə Azərbaycan hökumətinin birgə layihəsi əsasında həyata keçirilən yenidənqurma işlərində layihəyə uyğun olaraq 576 kilometr uzunluğunda paylayıcı içməli su, 582 kilometr uzunluğunda kanalizasiya xətti çəkilir.

Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanılıb. Bu mərhələdə Göygöl su mənbəyində ötürücülük qabiliyyəti saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılmış, Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilmiş, mənbədən anbara qədər 24,3 kilometr uzunluğunda magistral kəmər çəkilmişdir. Bu mərhələ üzrə bütün işlər nəzərdə tutulduğu vaxt, yəni 2014-cü ilin fevralında başa çatdırılmışdır. Bundan sonra Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılmış, 4 kilometr magistral su kəməri, ümumi tutumu 12000 kubmetr olan 3 anbar inşa edilmiş, anbarlararası xətt çəkilmişdir.

Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən sutəmizləyici qurğudan təmin olunacaqdır. Buradan Gəncə şəhərinə 27,5 kilometr uzunluğunda magistral su kəməri çəkilmişdir.

Artıq əhalinin sıx yaşadığı ərazilərdə layihənin icrası başa çatdırılmışdır. Hazırda çoxmənzilli yaşayış binalarında daxili su sistemlərinin yenidən qurulması işləri sürətlə davam etdirilir. İstismar müddətini başa vurmuş dəmir borular polietilen borularla əvəz olunur.

Şəhərin su və kanalizasiya sisteminin yeniənməsi sakinlər arasında böyük razılıqla qarşılanmışdır. Təbriz küçəsinin sakini Solmaz Bağırova dedi ki, su sarıdan çox əziyyət çəkirik. Bəzən su verilən vaxt evdə olmayanda susuz qalırıq. İndi 24 saat su ilə təmin ediləcəyik. Bu, bizə rahatlıq gətirəcək. Buna görə dövlət başçısına çox-çox minnətdarıq.

Həsən Əliyev küçəsinin sakinləri də göstərilən qayğıya görə Prezident İlham Əliyevə razılıqlarını bildirdilər. Orxan İbrahimov, Şöhrət Quliyev və başqaları dedilər ki, çoxmənzilli binada yaşadığımız üçün daha çox əziyyət çəkirik. Odur ki, işlərin başa çatdırılmasını səbirsizliklə gözləyirik.

Qeyd edək ki, Gəncə şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin yaradılması ötən əsrin 30-cu illərində həyata keçirilmişdir. Lakin şəhərin böyüməsi və əhalinin artımı su təchizatında problemlər yaratmışdı. Qızıl qaya və Göygöl su mənbələrindən, həmçinin subartezian quyularından verilən su əhalinin tələbatını ödəmirdi. Başqa sözlə, 350 min sakini olan Gəncə şəhərində əhalinin təxminən 45 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunurdu. Dövlət başçısının göstərdiyi qayğı nəticəsində aparılan yenidənqurmadan sonra şəhər əhalisi 24 saat içməli su ilə təmin olunacaq, mənzillərdə smart-kart tipli sayğaclar quraşdırılacaqdır.

Sabir ƏLİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM