02 Aprel 2014 12:04
367
Səhiyyə
A- A+

Əhalinin kütləvi tibbi müayinəsi ilə bağlı Naxçıvanın bütün səhiyyə müəssisələri xüsusi iş rejiminə keçmişdir

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Prezident İlham Əliyevin ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə tapşırığına əsasən muxtar respublikanın bütün səhiyyə müəssisələri və onların tibbi heyəti xüsusi iş rejimində fəaliyyət göstərir.

Fevralın 17-dən başlanan müayinələr 7 rayon mərkəzi xəstəxanasında, 3 kənd sahə xəstəxanasında, 90 həkim ambulatoriyasında və 105 feldşer-mama məntəqəsində aparılır. Naxçıvan şəhərində isə aksiyaya 4 ixtisaslaşdırılmış dispanser, 4 tibb mərkəzi, 2 xəstəxana və 1 poliklinika cəlb olunmuşdur.
Aprel ayının 1-dək muxtar respublikada 193 min 248 vətəndaş tibbi müayinədən keçirilmişdir ki, onlardan 16 min 336 nəfəri Naxçıvan şəhərinin, 64 min 768 nəfəri Şərur, 35 min 47 nəfəri Babək, 30 min 473 nəfəri isə Ordubad rayonlarının payına düşür. İlkin xəstəlik aşkarlanan şəxslər, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilirlər.
Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkara çıxarılması və insanların vaxtında müalicəyə cəlb olunması məqsədi daşıyan kütləvi dispanserizasiya tədbirləri mayın 1-dək davam edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video