23 Aprel 2021 00:35
770
Mədəniyyət
A- A+

“Əfsanədən gerçəkliyə - bir gülün sehrində”

 

44 günlük Vətən müharibəsi ilə bağlı çəkilən yeni klip belə adlanır

 

Müharibə od-alov, ölüm-itim deməkdir. Müharibənin qələbə ilə başa çatması isə Zəfər salnaməsinin yaranmasını ortaya qoyur.

Bu qələbə şairlərin poeziyasında, yazıçıların nəsrində, rəssamların rəsmlərində, musiqiçilərin isə nəğmələrində uzunömürlülük qazanır. Ötən il 44 gün ərzində davam edən Vətən müharibəsi də artıq özünün bədii ömrünü yaşamağa başlayıb.

“Əfsanədən gerçəkliyə - bir gülün sehrində” adlı çəkilən yeni klip də məhz Vətən müharibəsində Müzəffər Ordumuzun Ali Baş Komandanı başda olmaqla, xalqımızla birlikdə qazandığı Zəfərə həsr olunub.

Klip sözləri Leyla Əliyevaya, musiqisi Kamala məxsus olan “Xarıbülbül” mahnısına çəkilib. Müğənni Aydın Sani, Əməkdar artist Təyyar Bayramov və oğlu Kənan Bayramovun ifasını aranjemançı Mahir İbrahimov ərsəyə gətirib.   

Oğuz alpaqutunun qanlı köynəyini cırıb bülbüllə sevgilisi Aybükəyə göndərməsi, gülün görüşünə tələsən bülbülü küləyin ayırması, Ağabəyim xatunun Vətən həsrəti... Bütün bu əfsanələrin motivində intizar, ayrılıq önə çəkilsə də, detallarda qovuşma var...

 Əfsanələr sehrlidir. Oradakı obrazlardan hansınınsa yuxusu, ilğımı, mübarizəsi və xoş gerçəkliyi olur. “Xarıbülbül” klipində də ilğımla xatirələrin, yuxu ilə gerçəkliyin sintezi əks olunur.

Bu klip 28 illik həsrətin sonu - Vətən müharibəsindəki qələbəmizə, onu isə bizə qazandıran şəhidlərimizə, yarımcan qazilərimizə, qəhrəman döyüşçülərimizə ithaf edilib.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video