25 Fevral 2021 11:06
687
CƏMİYYƏT
A- A+

Əfqanıstan səfiri "ASAN xidmət"də  

 

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Amanullah Ceyhun "ASAN xidmət"də olub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dövlət agentliyinin sədri Ülvi Mehdiyev ilə görüşdə qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Qeyd edilib ki, “ASAN xidmət”ə bu günədək 42 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa, qonağa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsindən bəhs edilib.

Səfirə dövlət agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə də məlumat verilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstanın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında 2016-cı ildə imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində davam edən uğurlu əməkdaşlıqdan bəhs olunub. Memorandumun icrası çərçivəsində ölkəmizin “ASAN xidmət” modeli əsasında Əfqanıstan paytaxtı Kabil şəhərində yaradılmış “ASAN khedmat” mərkəzindən söz açılıb. Eyni zamanda, həmin xidmət mərkəzlərinin əməkdaşlarına Dövlət Agentliyinin ekspertləri tərəfindən müxtəlif mövzular üzrə təlimlərin keçirilməsi, habelə startaplar, sosial innovasiyalar, rəqəmsallaşma sahəsində ölkəmizin təcrübəsinin Əfqanıstan tərəfinə ötürülməsi məsələləri müzakirə edilib.

Qeyd olunub ki, ikitərəfli əməkdaşlıq çərçivəsində bu günədək Əfqanıstanın müxtəlif qurumlarını təmsil edən 100-dən çox nümayəndəyə 20-yə yaxın təlim keçirilib.

Qonağa “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə də məlumat verilib və Əfqanıstanın “ASAN khedmat” qurumunun da burada təmsil olunmağından məmnunluq ifadə olunub.

Səfir Azərbaycanda dövlət xidmətlərinin göstərilməsi, həmçinin sosial innovasiyalar və startaplar sahəsində dövlət agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və müvafiq sahələr üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin Əfqanıstan hökuməti və ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib. Həmçinin Azərbaycanın təcrübəsi əsasında Əfqanıstanda yaradılmış “ASAN khedmat”in korrupsiyaya qarşı mübarizə, eləcə də, dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Səfir “ASAN xidmət” mərkəzi ilə də tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video