17:22 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əfqanıstan müdafiə nazirinin evinə hücumun məsuliyyətini “Taliban” üzərinə götürüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:24 04.08.2021

 

Əfqanıstanın müdafiə naziri general Bismilla Xan Mohammadinin Kabildəki evinə hücumun məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tolo News telekanalı məlumat yayıb.

Müdafiə Nazirliyinin nümayəndəsinin bir qədər əvvəl verdiyi məlumata görə, hücum nəticəsində səkkiz dinc sakin həlak olub, generalın mühafizəçiləri də daxil olmaqla daha 20 nəfər yaralanıb. Beş saata yaxın davam edən hücumun gedişində, həmçinin beş terrorçu öldürülüb.

Şahidlərin sözlərinə görə, əvvəlcə nazirin evinin qarşısında avtomobil partladılıb və bundan sonra bir neçə sılahlı şəxs evə soxulub. Nazirə və onun ailə üzvlərinə xətər toxunmayıb.

Əfqanıstanda hökumət qüvvələri və taliblərin sılahlı qarşıdurması illərdir davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib. Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden qoşunların sentyabrın 11-dək Əfqanıstandan çıxarılması barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə ABŞ və koalisiya qüvvələrinin ölkəni tərk etməsi fonunda bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatları aparır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM