02 Noyabr 2013 02:11
401
PARLAMENT
A- A+

Efiopiya Azərbaycan ilə hərtərəfli əməkdaşlıqda maraqlıdır

 

Noyabrın 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Efiopiya Federal Demokratik Respublikasının parlamentinin sədri Abadulla Gemeda Dagon ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Milli Məclisin Sədri Azərbaycan xarici siyasətində Afrika ölkələri ilə əlaqələrə önəm verdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, rəsmi Bakı Efiopiya ilə iqtisadi və siyasi əlaqələr qurmaqda maraqlıdır. Bu əlaqələrin qurulması və əməkdaşlıq üçün qarşılıqlı səfərləri artırmaq və parlamentlərarası münasibətləri möhkəmləndirmək lazımdır.

Bildirilmişdir ki, hər iki dövlətin başçıları qarşılıqlı faydalı əməkdaşlıq üçün siyasi iradəyə malikdirlər.

Səmimi görüşə görə təşəkkürünü bildirən Abadulla Gemeda Dagon Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunduğunu, burada müzakirəyə çıxarılan məsələlərin bütün iştirakçı dövlətlər üçün faydalı olacağına əminliyini ifadə etmişdir.

Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında ölkəsinin maraqlı olduğunu deyən qonaq bu istiqamətdə lazımı addımların atılacağını  bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Foto A.MƏMMƏDOVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video