09 Aprel 2021 12:37
900
Mədəniyyət
A- A+

Ədəbiyyat İnstitutunun jurnalları “İdealonline” beynəlxalq indeksləşmə bazasına daxil edilib

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun jurnallarının beynəlxalq elmi tələblərə uyğunlaşdırılması, müxtəlif indeksləmə bazalarına daxil edilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir. Bu istiqamətdə əldə olunan növbəti uğur institut jurnallarının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “idealonline” sisteminə daxil edilməsidir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, “İdealonline” Türkiyədə fəaliyyət göstərən və 920 jurnalın, 124 min 375 məqalənin, 1559 kitabın daxil olduğu bazadır. Həmin bazaya AMEA Humanitar və İctimai Elmlər bölməsinin “Filologiya və sənətşünaslıq” və Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.izm”, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalları daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video