16:10 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Duzdan istifadə edirsə, demək, varlıdır

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:50 08.08.2021

 

* Duz bütün xalqlarda qonaqpərvərlik rəmzidir. Əziz qonaqları duz-çörəklə qarşılamaq çox məşhurdur.

* Duz əvvəllər qızıla bərabər qiymətləndirilirdi və mal mübadiləsi üçün istifadə edilirdi.

* Qədim filosof Diogen yazırdı ki, duzsuz yemək onun xoşuna gəlmir və o, heç atasını duzu sevdiyi kimi sevmir.

* Yunan şairi Homer isə duzu “ilahi” adlandırırdı.

* Afrikanın bir sıra ərazilərində xörək duzunun olması dəbdəbə əlaməti hesab edilirdi. “O, qidanı duzlayır” ifadəsi o demək idi ki, o varlıdır.

* Qırğızıstanda və Qazaxıstanda duzu təkcə qidaya deyil, həm də çaya əlavə edirdilər.

* Fransadakı 250 illik tarixi olan Kral Duz Zavodu 2009-cu ildən bəri UNESCO-nun Dünya İrsi Siyahısında yer alır. Bura turistlər üçün ən maraqlı yerlərdən biridir.

* Avstriyada  yerləşən “Duz otağı” mənasını verən Salzkammergut kurort sahəsi də 1997-ci ildə UNESCO tərəfindən Dünya Mirası Siyahısına daxil edilib. Dünyanın ən qədim sənaye və mədəniyyət bölgəsi olan Salzkammergutda 7000 ildən çoxdur ki, duz istehsal olunur.

* İnsanın müxtəlif məhsullardan ibarət olan gündəlik qida rasionunda 4 qrama qədər xörək duzu var. Bu miqdar həyati tələbatları ödəmək üçün kifayətdir.

* Südəmər uşaq duzu ana südü vasitəsilə qəbul edir.

* İnsan yarım litr inək südü içməklə 0,25 qram duz qəbul edir.

* Sərbəst yaşayan heyvanlar və quşlar xörək duzu istifadə etmir.

* İlk baxışdan 16 kq duz çox böyük miqdardır. Lakin məlum olur ki, bu miqdarda duzu iki nəfər təxminən iki ildə yeyir.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM