10:38 19 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Duz lampaları və onun saçdığı təbii ionlar
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
18:28 11.12.2018

Dağlıq və dağətəyi bölgələrdə, meşədə, dəniz və çay kənarlarında, eləcə də yağışdan sonrakı təmiz, gözəl havanı udmaq orqanizmə xoş təsir edir. Bunun əsas səbəbi neqativ ionların havaya təzəlik, canlılıq və təravət verməsi və zərərli bakteriyaların azalmasıdır. Neqativ ionlara "hava vitaminləri” də deyirlər.

Bu barədə AZƏRTAC-a müsahibəsində həkim-fioteterapevt Fizuli Hüseynov məlumat verib. Onun təklif etdiyi duz lampaları həmin ionların orqanizmə göstərdiyi müsbət təsir gücünə əsaslanır: "Məişətdə istifadə olunan elektrik alətlərinin havaya yaydığı ion seli orqanizmin təbii elektrik yükündən çoxdur. Mənzil və iş yerləri kompüter, telefon, televizor kimi cihazların yaydığı müsbət ionlarla doludur. Bunun nəticəsində vaxtının çoxunu kompüter qarşısında keçirənlərdə əsəb gərginliyi, yuxusuzluq və halsızlıq yaranır. Bu qədər elektrik yükü orqanizmdə bəzi hüceyrələrin zədələnməsi və bəzilərinin isə aqresivləşməsinə səbəb olur”.

Həkim-fitoterapevt bu sahədə çıxış yolunu da göstərib: "Ətraf mühitdə olan müsbət ionları neytrallaşdırmaq, onların orqanizmə göstərdiyi mənfi təsirləri aradan qaldırmaq üçün duz lampalarından istifadə etmək olar. Kristal duzun içərisinə yerləşdirilmiş lampa yanarkən duz azacıq isinir və ətrafdakı rütubəti lampa üzərinə toplayır. Nəticədə nəmlənən kristal duz ətrafına mənfi ionlar saçır. Onlar ətrafdakı müsbət yüklü ionlarla birləşərək onu neytrallaşdırır, bəzi müsbət yüklü ionların zərərli təsirindən qoruyur.

Kompüterin yanına qoyulan duz lampası həm xoş görünüş bəxş edir, həm də otağın elektrik yükünü azaldır, baş ağrıları, stress və yuxusuzluğu aradan qaldırır. Enerji və əhvali-ruhiyyənin yüksəlməsinə havada mənfi ionların olması müsbət təsir göstərir. Duz lampalarını yataq otağında gecə lampası yerinə işlətmək də çox faydalıdır.

İndiyədək bir çox alimlər mənfi ionlar saçan aparatlar düzəldiblər. Mən bir həkim kimi duz lampasını daha düzgün və səmərəli hesab edirəm, çünki onun ətrafa saçdığı ionlar təbiidir. Təbii olan isə hər bir zaman faydalıdır.”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM