Düşmənin təbiətimizə vurduğu yaraları da sağaldacağıq
Prezident İlham Əliyev: “Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib”
Erməni faşistləri Azərbaycan torpağında 30 il ərzində insanları qətlə yetirib soyqırımları törətməklə, şəhərləri və kəndləri yerləyeksan etməklə kifayətlənməyiblər. İşğal etdikləri ərazilərdə eyni zamanda amansızcasına ekoloji terror törədiblər. Prezident İlham Əliyev onların bu vəhşiliklərini ekosid - ətraf mühitə qarşı genosid adlandırıb.Ağac əkmək, bağ salmaq nə qədər xeyirxah işdirsə, onları məhv etmək yüzqat çirkin əməldir. İşğalçılar da məhz öz bəd niyyətlərini həyata keçirərək meşələrdə, həyətlərdə ağacları yox ediblər. Kəlbəcəri, eləcə də Ağdamı və Laçını tərk edərkən mənfur düşmənin meşələri necə qəddarcasına yandırdığını bütün dünya gördü. İşğalçılıqla, həyasızcasına soxulub 30 il yaşadıqları evlərə, meyvəsini dərib yedikləri bağlara, saf havasını udduqları meşələrə bu cür amansız münasibətləri onların kim olduğunu bir daha göstərdi.
Prezident İlham Əliyev bu məsələni öz çıxışlarında, xarici jurnalistlərə müsahibələrində dönə-dönə vurğulayıb. Hələ keçən il dekabrın 1-də Azərbaycan xalqına müraciət edərkən dövlət başçısı Laçın rayonunda 22 min hektar, Kəlbəcər rayonunda 24 min hektar, Zəngilan və Qubadlı rayonlarında 12 min hektar meşə sahələri, işğaldan azad edilmiş digər ərazilərdə də bu cür böyük sərvətimiz olduğunu nəzərə çatdırıb. Meşələrin planetimizin ağciyəri olduğunu qeyd edərək deyib: “Mənfur, vəhşi düşmən bizim meşələrimizi 30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir. Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır”.
Mənfur düşmən öz xəyanətkar əlini çaylarımıza da uzatmışdır. Onların suyundan güc alan elektrik stansiyalarını darmadağın etmiş, avadanlığını söküb aparmış, binalarını dağıtmışdır.
İşğal dövründə erməni vandalları eləcə də çaylarımızın suyunun qabağını kəsmiş, bir neçə rayonda 100 min hektardan çox torpaq susuzluqdan yanaraq cadar-cadar olmuşdur. Prezident İlham Əliyev bu il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxış edərkən demişdir: “Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi. Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir”.
Erməni qəsbkarları işğal altında saxladıqları dövrdə digər ərazilərə olduğu kimi, Bəsitçay qoruğuna da böyük zərər yetiriblər. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edib, ağacların kökünü, oduncağını yandırıblar. Bir sözlə, burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.
Xatırladaq ki, Bəsitçay qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu.
BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrindəki çıxışında Prezident İlham Əliyev bir daha nəzərə çatdırmışdır ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib: “Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib... Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq biz keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər”.
Erməni faşistlərinin dağıtdığı şəhər və kəndlərimizi yenidən qurmaqla bərabər, onların təbiətimizə vurduğu “yara”ları da sağaldacağıq. Meşələri bərpa edəcək, yeni bağlar salacaq, çaylarımızın suyundan bəhrələnəcəyik. Bu, Prezidentimizlə xalqımızın qətiyyəti, məramı, məqsədidir və başlanmış böyük işlər uğurla davam edir.
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!