30 Iyun 2012 02:06
380
Təhsil
A- A+

Dünyanın nüfuzlu ali təhsil ocaqlarından olan Kembric Universitetində «Azərbaycan günü»

 

İngiltərədə fəaliyyət göstərən Odlar Yurdu Təşkilatının və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri kimi tanınan Kembric Universitetində ilk dəfə olaraq "Azərbaycan günü" adlı konfrans keçirilmişdir.

Odlar Yurdu Təşkilatından AzərTAc-a bildirmişlər ki, 100-ə yaxın alimin qatıldığı konfransın əsas məqsədi Böyük Britaniyanın nüfuzlu universitetinin mühazirəçilərini, araşdırma mərkəzlərinin alimlərini Azərbaycan mədəniyyəti və tarixi, ölkəmizin iqtisadi imkanları ilə tanış etməkdən ibarət olmuşdur.

Bu məqsədlə tədbirə məruzəçi qismində həm Azərbaycandan, həm də Avropanın tanınmış ali təhsil müəssisələrindən araşdırmaçı-mütəxəssislər dəvət edilmişlər.

Odlar Yurdu Təşkilatının sədri İlham Nağıyev bildirmişdir ki, Avropada müntəzəm olaraq,  Azərbaycan haqqında məlumatların artırılması xarakterli təbliğat tədbirləri  reallaşdırılır. Belə tədbirlərin bundan sonra da təkcə Kembric Universitetində deyil, İngiltərənin digər ali məktəblərində, araşdırma mərkəzlərində də  keçirilməsi planlaşdırılır. "Biz Azərbaycanla bağlı təbliğati işlərə reklam, PR xarakterli deyil, məhz araşdırma, elmi cəhətdən yanaşmaq istəyirik" deyə, -  təşkilatın rəhbəri vurğulamışdır.

Konfransda çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov diqqətə çatdırmışdır ki, bu ölkədə  təhsil alan tələbələrə mütəmadi olaraq ölkəmiz haqqında məlumatların verilməsi vacibdir. Bu tədbir də Azərbaycan haqqında düzgün məlumatların bütün dünyaya yayılmasına təkandır. Kembric Universitetində keçirilən elmi konfranslar, burdakı mühazirələr kitab halına salınır və tələbələrə dərs vəsaiti kimi tövsiyə edilir.

Konfransda Avropa universitetlərinin alimləri ilə yanaşı, Azərbaycan Respublikası İqtisadi İnkişaf  Nazirliyinin, Dövlət Neft Fondunun nümayəndələri Azərbaycan iqtisadiyyatının yenidən qurulması, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmisi milli mədəniyyətimiz, Azərbaycan Respublikasının Prezidenti yanında  Strateji Araşdırmalar Mərkəzinin eksperti Azərbaycanın xarici siyasətinin xüsusiyyətləri barədə mühazirələrlə çıxış etmişlər.

Tədbir çərçivəsində xanəndə Raziyə Sultanovanın muğamlardan ibarət yeni diskinin təqdimatı keçirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video