31 Iyul 2021 00:36
1247
Elm və texnika
A- A+

Dünyanın ilk modern atlası

 

Coğrafi ərazilərin tamamilə kəşf edilməsi tarixdə uzun vaxt aparan proseslərdən biri hesab edilir. Uzun müddət ərzində ayrı-ayrı ərazilərin bir çox xəritələri hazırlanmış, hətta onlar dəfələrlə təkmilləşdirilmişdi. Toplanan bu xəritələrin hesabına Yer kürəsinin ümumi xəritəsi ərsəyə gətirilmişdi.

Dünyanın ilk modern atlası Teatrum Orbis Terrarum (Yer Kürəsi Teatrı) adlanır. Əslində Piri Rəisin 1513-cü ildə hazırladığı dünya xəritəsi bir çoxlarına ilk müasir xəritə kimi məlumdur. Lakin bu xəritədə bütün qitələr tamamilə əhatələnmədiyi üçün o, ilk modern atlas hesab edilmir.

“Teatrum Orbis Terrarum” atlası 20 may 1570-ci ildə Abraham Ortelius tərəfindən çap edilmişdi. Atlasın original nəşri kartoqraflar tərəfindən hazırlanan 70 xəritədən və izahlı mətnlə birlikdə 53 səhifədən ibarətdir. İlk nəşrdən sonra Ortelius müntəzəm olaraq xəritəni təkmilləşdirir, onun müxtəlif çeşidli yeni versiyalarını təqdim edirdi. Atlasın sonuncu nümunəsi, 31-ci buraxılışı 167 xəritəni əhatə etmişdi. Bütün bu mərhələlərdən sonra belə xəritəyə diqqətlə baxsaq hələ də müəyyən ərazilərin burada təsvir olunmadığını görərik.

Dünyanın nəhəngliyi bir daha onun hər bir qarışının tam sübuta yetirilə bilməyinin nə qədər qəliz olduğunu bu faktlar da göstərir. Latın dilində olan bu xəritə sonralar alman, holland, fransız, ispan, italyan və ingilis dillərinə də nəşr olunub.

Bu atlasın yaranması ilə 1570-ci ildən 17-ci əsrin sonlarına qədər Hollandiyada bir sıra xəritələr tərtib olunmağa başlandı. Hollandiya həmin zamanda xəritə tərtibatında ən geri qalan ölkələrdən idi. Tərtibatın inkişafı nəticəsində həmin dövr “Holland Kartoqrafiyasının Qızıl Dövrü” kimi adlandırılmışdı.

Yeri gəlmişkən, Abraham Ortelius qitələrin bir zamanlar vahid halda olduğunu iddia etmiş, bunun nəticəsi olaraq ilk dəfə “Qitə sürüşməsi” teoriyasını irəli sürmüşdü. O qeyd edirdi ki, qitələr hərəkət halındadır, bunun nəticəsində onlar indiki mövqelərini tutublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video