00:12 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın hər yerindən görünən yenilik
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
07:09 30.09.2011

 

Xəbər verdiyimiz kimi, artıq bir aya yaxındır ki, "Azərbaycan" qəzetinin internet saytında ciddi dəyişikliklər edilmiş, oxucuların zövqü və rahatlığı üçün elektron variantı daha da maraqlı və cəlbedici edən bir sıra yeniliklər tətbiq olunmuşdur. Artıq qəzetin elektron versiyası oxucularımıza iki variantda təklif olunur. Müasir, sivil dünyaya qovuşmağın və onun artan tələbləri ilə uzlaşmağın ən qısa yollarından biri də informasiya-kommunikasiya texnologiyalarının daim yenilənməsi, mövcud versiyaların təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlıdır.

Maraqlısı odur ki, qəzetin internet saytında tətbiq edilən yeniliklər həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımız və oxucularımız tərəfindən maraqla qarşılanır və bəyənilir. Biz oxucularımızın bir qismi ilə əlaqə saxladıq, onların rəyini öyrəndik və eyni zamanda redaksiyanın elektron poçtuna bu yeniliklərlə bağlı daxil olan məktubları da nəzərdən keçirdik. Oxucularımız razılıqlarını bildirir, öz təəssüratlarını bölüşür, işimizin daha da səmərəli qurulması üçün təkliflərini də əsirgəmirlər. Ölkənin şimal bölgəsindən - Quba rayonunun Zərdabi qəsəbəsindəki orta məktəb müəllimi N.Qasımova belə yazır: "Hörmətli redaksiya, qəzetinizin elektron versiyasının yenidən qurulması, bir sıra dəyişikliklərin edilməsi qəzetdə bölmələri tez tapmağa imkan verir. Bölmələrə, lazım olan yazılara keçidlər asanlaşıb. Daha az vaxt sərf etməklə daha çox yazı oxumaq olur. "Azərbaycan" qəzeti ölkəmizdə təhsilin və elmin inkişafı istiqamətində qazanılan uğurlara, ciddi analitik yazılara bütün kütləvi informasiya vasitələrindən daha geniş yer ayırır. 20 il bundan qabaq kimə desəydin ki, internetdə qəzet oxumusan, sənə nəinki inanardılar, heç başa da düşməzdilər. İndi məktəblərdə, hətta ən ucqar dağ kəndlərində belə kompyuter, internet əlaqəsi var. Biz Azərbaycan dövlətçiliyi tarixində bir çox ölkələrin bir neçə qərinəyə addımladığı inkişaf yolunu cəmi 20 ildə keçə bildik. Bu, hamımızın uğurudur. Tətbiq etdiyiniz yeniliklərə görə sizə minnətdarıq".

Lənkəranın Bradi kəndindən redaksiyamıza zəng vuran daimi ouxucumuz Zəfər Əliyev də qəzetin yeni internet variantının üstünlüyünü qeyd etdi:

- Qəzetin fotoversiyası bizə imkan verir ki, o başdan "Azərbaycan" qəzetini internetdə açıb köşkdə olduğu kimi görək və oxuyaq. Daha kəndimizə qəzetin Bakıdan nə vaxt gələcəyini gözləməyək. Burada diqqəti çəkən odur ki, qəzeti sürətlə oxumaq olar, lazım olan yazını tez tapırsan və istədiyin ölçüdə böyüdüb, özün üçün rahat bir variantda oxuya bilirsən.

Moskvadan Rusiya Jurnalistlər Birliyinin üzvü, həmyerlimiz Əliş Əvəz qəzetin daimi internet oxucusu kimi yeniliklərə ürəkdən sevindiyini bildirir: "Erməni saytları ilə müqayisədə ölkəmizdə İKT sektorunun inkişafı hətta bir qəzetin tətbiq etdiyi yeniliklərin fonunda aydın görünür. Ölkəni, vətəndaşlarını qan içində boğub çökdürən rejimlə müqayisədə Azərbaycan dövlətinin qazandığı uğurlar bizə qürur, fərəh gətirir. 2-3 min kilometrlik məsafədən, hətta dünyanın istənilən nöqtəsindən internetə daxil olub iki dövlətin elektron KİV-ini müqayisə edəndə Ermənistanın simasında özünü əzabkeş qaliblər kimi bəşəriyyətə sırımağa çalışan bir dövlətin həm ideoloji, həm də iqtisadi dayaqlarının çökməsinin şahidi olursan. Bütün yazılardan barıt qoxusu gəlir, ölkənin səfalətdə məhv olduğu, insanlara işğalçı faşist ideologiyasının zorla sırındığı aşkar görünür. Azərbaycan saytlarında isə əksinə, biz ucalan qüdrətli dövlətin demokratik simasını görürük. Məlumat mənbəyi kimi bu sahədə "Azərbaycan" qəzetinin gördüyü işlər, ölkənin tərəqqisi, hərbi qüdrəti və yenilməzliyi ilə bağlı dərc etdiyi yazılar bizi - Azərbaycan diasporunun təmsilçilərini hədsiz dərəcədə sevindirir. Eyni zamanda, respublikamızın iqtisadi sıçrayışla tərəqqisinin düşmənlərimizi nə qədər bədbinliyə sövq etməsinin də şahidi oluruq. Uzaqda yaşamağımıza baxmayaraq, Azərbaycanın əksər qəzetlərini internetdə oxuya bilirik. Bu, Azərbaycanda İKT-nin və eyni zamanda demokratik proseslərin böyük sürətlə inkişaf etməsinə işarədir. Sevinirik ki, "Azərbaycan" qəzeti ölkədə tətbiq edilən yeniliklərin təbliğatçılarının önündə gedir. Başqa bir sevindirici hal ondan ibarətdir ki, respublikamızın istənilən rayonunun ən ucqar kəndində belə qohumlarımızla əlaqə saxlayırıq, daimi internet əlaqəsi qura bilirik, bacı və qardaşlarımızla görüntü ilə danışırıq. Amma 20 il bundan əvvəl bizim tərəflərdə, elə Bərdənin özündə soruşsaydın ki, kompyuter nədir, çoxları cavab verməkdə çətinlik çəkərdi".

Ara-sıra qəzetimizdə çıxış edən iordaniyalı jurnalist Sudah Mərvan da qəzetimizin yeni internet versiyasının onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini etiraf edir: "Özümü Azərbaycanın dostu sayıram, sizin dövlətin İordaniyadakı səfirliyi ilə sıx münasibətlərim var. Fəaliyyətimin bir qismi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla bağlıdır. Məqalələrim bir neçə dəfə tərcümə olunaraq qəzetinizin səhifələrində çap olunub. Buna da çox sevinirəm. İordaniyanın aparıcı qəzetinin siyasi şərhçisi kimi bu çıxışlar mənim üçün əhəmiyyət kəsb edir. Ancaq qəzetinizin İordaniyada satılmaması üzündən yazılarımı qəzet versiyasında görə bilmirdim və bir jurnalist kimi nigaran qalırdım. Artıq sizin tətbiq etdiyiniz yenilik nəticəsində istənilən yazını qəzetdə dərc olunduğu kimi internetdə görmək mümkündür. Jurnalist üçün bundan sevindirici nə ola bilər ki!? Sizi də, özümü də təbrik edirəm".

Aldığımız məktublarda oxucularımız öz təkliflərini də verirlər. Bir sıra diaspor təmsilçiləri qəzetin elektron kitabxanasının açılmasını, orada müasir Azərbaycan ədəbiyyatından seçilmiş əsərlərin ana dilində və xarici dillərdə yerləşdirilməsini xahiş edirlər. Sağlamlıqla bağlı yazıların istənilən vaxt oxunulması üçün ayrıca oxu zalının olmasını da vacib sayanlar var. Eyni zamanda, diaspor təmsilçiləri daim yeniləşən fotoqalereyanın olmasını xahiş edirlər.

 

Bahadur İMANQULİYEV,

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM