13 Yanvar 2012 12:01
525
İDMAN
A- A+

Dünyanın ən varlı idmançıları

 

ABŞ-ın “Sports IIIustrated” jurnalı ötən ilin ən yüksək maaşlı idmançılarının siyahısını tərtib etmişdir. Siyahıda Amerika qolfçusu Tayger Vuds birincidir. Hesabat dövründə o, kapitalını 62 milyon dollardan çox artıra bilmişdir. Nəşrin məlumatına görə, qolfçu mövsüm ərzində 62,29 milyon dollar qazanmışdır. Bu məbləğə reklam və sponsor gəlirləri də daxil edilmişdir.

İkinci yeri də qolf oyunçusu tutur. Bu, 61,19 milyon dollar qazanmış Fil Mikelsondur. 52,78 milyon dollar qazanmış isveçrəli tennisçi Rocer Federer üçüncü olmuşdur. ATR reytinqində onluğa yaxınlaşması müşahidə edilməyən Novak Cokoviç və Rafael Nadal isveçrəli idmançını çoxdan arxada qoymuşlar.

52 milyon dollardan çox qazanmış filippinli boksçu Menni Pakyao və İspaniya idmançısı Fernando Alonso (45 milyon dollar) da ilk beşliyə düşmüşlər.

2011-ci ilin  digər yüksək maaşlı idmançıları aşağıdakılardır: Lebron Ceyms (ABŞ, basketbol) - 44,5 milyon dollar, Lionel Messi (Argentina, futbol) - 43,8 milyon dollar, Kriştianu Ronaldu (Portuqaliya, futbol) - 38,8 milyon dollar, Peyton Manninq (ABŞ, futbol) - 38,07 milyon dollar, Aleks Rodriges (ABŞ, beysbol) - 36 milyon dollar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video