22:03 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın ən qədim ibadətgahı

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:26 02.05.2021

 

Türkiyənin qədim tarixə malik olduğunu göstərən abidələrdən biri Göbəklitəpədir. Türkiyənin cənub-şərqində yerləşən bu abidə nəinki Türkiyə, hətta bütün dünya üçün vacib kəşflərdəndir. Eramızdan əvvəl 10 mininci illərə aid olan Göbəkli təpənin tarixdə  ən böyük ibadətgah və inancın ilk yeri olduğu düşünülür.

Bu məbəd bəşəriyyət tarixinin anlayışını və məlumatını dəyişdirən bir kəşf olub.

Arxeoloqlar Misir Piramidalarından 7500 yaş daha qədim olan Göbəklitəpə haqqında danışarkən “Bura o qədər fövqəladədir ki, insan şüuru onu anlamaqda çətinlik çəkir” deyirlər. Buranı tarixin ən qədim məbədi, “dinin doğulduğu yer” və hətta “cənnət bağı” adlandıran arxeoloqlar da var.

Göbəklitəpənin ətəklərində həm də ən qədim buğda növü aşkarlanıb. Bu buğdanın yabanı olduğu bildirilir.

Tədqiqatçıların fikrincə, Göbəklitəpə aparılan arxeoloji tədqiqatlar zamanı ortaya çıxarılan dəyirmana bənzər qablar da nəzərə alınarsa, buraya toplaşan insanların çörək və ona bənzər qidalardan istifadə etdiyi, onları ilk olaraq çöl buğda ilə hazırladıqlarını söyləmək mümkündür.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM