10 Oktyabr 2021 00:35
841
Elm və texnika
A- A+

Dünyanın ən qədim balı

 

Dünyanın ən qədim balının Gürcüstanda tapıldığı iddia edilir. Məlumatlara görə, təxminən 5500 yaşı olan ən qədim bal Tbilisidən uzaq olmayan bir yerdə - bir zadəgan qadının məzarındakı keramik qablarda aşkar edilib.

İtaliya sahillərində 2000 illik gəmi qəzasını araşdıran dalğıclar da həmin gəmidə balıq qalıqları, taxıl, şərab, yağ  və balın olduğu təxminən 200 qab tapıblar.

Bal minillərlə yaşı olan Misir türbələrində də aşkarlanıb.

Qeyd edək ki, hava keçirməyən bir qabda saxlanıldığı zaman bal qeyri-müəyyən saxlama müddətinə malik olur. Balın uzun müddət qala bilməsinin əsas səbəbi onun kimyəvi quruluşu ilə izah edilir. Balın nəmliyi azdır. Bu da düzgün saxlanılan balın xarab olmamasını təmin edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video