05 Sentyabr 2021 00:34
1317
Elm və texnika
A- A+

Dünyanın ən gözəl qızılgülləri

 

Hazırda bu əsrarəngiz bitkinin 300-ə yaxın növü və 3000 sortu var.

Dünyada qızılgülün bütün növləri özünəməxsus olsa da, onların arasında bir necəsi xüsusilə gözəl hesab edilir. Bunlar “Viktor Hüqo”, “Vincester Katedrali”, “Michelanlgelo”, “Qızıl medal”, “Qara Baccara” gülləridir.

“Viktor Hüqo” qızılgülü tünd qırmızı rəngə, gözəl qoxuya malikdir. O, yazdan payıza qədər çiçək açır. Bu gülün 25-dən çox ləçəyi olur.

“Vincester Katedrali” gülü ağ ləçəkli, orta ölçülüdür. Xoş qoxusu və zərif gözəlliyi olan bu gül “klassik qırmızı gül”dən uzaqlaşmaq istəyənlər üçün ən düzgün seçim hesab edilir.

Sarı rəngli “Michelangelo” gülü təkcə rəng palitrası ilə deyil, həm də böyük ölçüsü ilə fərqlənir. Limon qoxusu verən bu gülün 40-dan çox böyük ləçəyi var.

“Qızıl medal” adlanan qızılgül böyük və tünd qızılı rəngli ləçəkləri ilə göz qamaşdırır. Mükəmməl bir bağ gülü olan bu gülün yetişdirildiyi ərazidən meyvə qoxusu gəlir.

“Qara Baccara” qızılgülü məxməri, qara rəngə bənzər güldür. 45 ləçəkli bu gül qızılgüllərin əksər növləri kimi bahardan payıza qədər çiçək açır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video