01 Oktyabr 2021 00:27
1610
Elm və texnika
A- A+

Dünyanın ən böyük şokolad muzeyləri

 

Dünyanın bəzi ölkələrində şokoladsevərlər üçün şokolad muzeyləri də fəaliyyət göstərir. Dünyanın ən böyük şokolad muzeyi  olan “Lindt Şokolad Evi” İsveçrənin Kilçberg şəhərində yerləşir. Burada dünyanın ən hündür - uzunluğu 9 metr olan şokolad çeşməsi var. Muzey ziyarətçiləri 9 metr hündürlükdən axan şokolada çox maraqla baxırlar.

Cənubi Koreyadakı Şokolad Muzeyi dünyanın ikinci ən böyük şokolad muzeyi hesab edilir. Yerli vulkanik daşla tikilən bu muzey memarlığı və məzmunu ilə ziyarətçiləri əsla peşman etməyən bir məkan sayılır.

Almaniyadakı Köln şokolad muzeyini şokoladın yaranma tarixini göstərən ən böyük muzey saymaq olar. Muzeydəki 3 metr uzunluğunda şokolad çeşməsi də ziyarətçilərin xüsusi diqqətini çəkir.

Dünyanın ən məşhur şokolad muzeylərindən biri İspaniyadadır. İspaniya şokoladın Avropaya daxil olduğu ilk ölkə kimi buradakı  muzey ziyarətçilərində xüsusi maraq doğurur. Muzeydə şokoladdan hazırlanmış çoxlu heykəllər var.

Şokolad muzeyləri Fransanın Strasburq şəhərində, ABŞ-ın Pensilvaniya ştatında da var.

Ən böyük şokolad heykəllər

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video