18:43 21 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın ən bahalı qəhvəsi

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:32 25.07.2021

 

Bir fincanının qiyməti 35-100 dollar olan “kopi luvak” dünyanın ən bahalı qəhvəsi olaraq qəbul edilir. “Kopi luvak” İndoneziyada palma pişiyinin nəcisindən çıxan qəhvə dənələrindən hazırlanır.  Qəhvə meyvələri bu heyvanın bağırsağında fermentasiya olunduqdan sonra yığılıb satılır.

İndoneziyalı qəhvə istehsalçıları nəsillər boyu “kopi luvak”ın dünyanın ən yaxşı dad verən qəhvəsi olduğunu iddia edirlər. Bahalı dükanlarda bu cür dənələrin 500 qramlıq kisəsinin qiyməti 700 dollara çata bilər.

Tailandda istehsal olunan “Qara fil dişi” qəhvəsi də dünyanın ən bahalı qəhvələrindəndir. Bu qəhvə fillərin bağırsağından çıxan qəhvə dənələrindən hazırlanır. “Qara fil dişi” qəhvəsinin reseptinin müəllifi kanadalı Blake Dinkindir. Bu qəhvənin ABŞ-da 35 qramlıq kisəsi təxminən 85 dollara satılır.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM