15 Aprel 2014 08:04
394
Səhiyyə
A- A+

Dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssisləri Bakıda toplaşacaqlar

Mayın 31-də Bakıda “Üçüncü Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu” beynəlxalq konfransı keçiriləcəkdir.

Konfrans Azərbaycan Plastik Cərrahiyyə İctimai Birliyi, Azərbaycan Tibb Universiteti və Beynəlxalq Plastik Cərrahiyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaqdır.
İctimai birlikdən AzərTAc-a bildirmişlər ki, konfransda dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssisləri ilə yanaşı, yerli mütəxəssislər də iştirak edəcəklər.
Konfransın əsas məqsədi ölkəmizdə plastik cərrahiyyənin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.
İki gün davam edəcək konfrans Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında keçiriləcəkdir. Yekunda konfrans iştirakçılarına sertifikatlar təqdim olunacaqdır.
Konfransda iştirak etmək istəyənlər qeydiyyat formasını doldurub, [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video