22:56 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyanın 7 möcüzəsindən 3-nü Yunanıstan yaradıb

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:16 23.05.2021

 

Bizanslı Filon “Babilin Asma Bağlarını, Olimpdə Zevsin heykəlini, Rodos nəhəngini, yüksək Misir piramidalarının qüdrətini və Mausoleusun məzarını gördüm. Amma buludlara doğru ucalan Efesdəki məbədi gördükdə digərlərinin hamısının kölgədə qaldığını hiss etdim” deyə yazıb.

Onun haqqında danışdığı abidə dünyanın 7 möcüzəsindən biri sayılan Yunanıstandakı Artemision məbədidir. Bu məbəd e.ə. V əsrdə Kiçik Asiyadakı yunan şəhəri Efesdə memar Xersifronun layihəsi ilə inşa edilib.

Tanrı Artemis adına ilk türbə e.ə. 800-cü illərdə Efesdə bataqlıq sahilində qurulub. Bu qədim məbəddə Yupiterdən düşən bir meteoritin olduğu təxmin edilən müqəddəs bir daş vardı. Məbəd sonrakı yüzilliklərdə bir neçə dəfə dağıdılmış və yenidən inşa edilmişdir.

1869-cu ildə 6 metr dərinlikdə palçığın içində məbədin sütunları tapılır və bəzi qalıqlar  Britaniya muzeyinə aparılır. Bu gün gələn turistlərə məbədin yerini göstərmək üçün bataqlıq vəziyyətində olan bölgəyə sadəcə bir sütün basdırılıb. Məşhur Artemis heykəlinin qalıqları dövrümüzə qədər gəlib çatıb.

“Dünyanın yeddi möcüzəsi”ndən biri sayılan Olimpdəki Zevsin heykəlini görməyəni Yunanıstanda bədbəxt adam hesab edirdilər. Antik müəlliflərin məlumatına görə, Zevs qızıl və fil sümüyü ilə bəzədilmiş taxtda əyləşmişdi. Onun gövdəsinin yuxarı hissəsi çılpaq, aşağı hissəsi isə zəngin paltara bürünmüşdü. Zevsin bədəni və başı ağacdan düzəldilmiş və üzəri fil sümüyü ilə örtülmüşdü.

Zevsin heykəlinin qalıqları Afinanın 150 km qərbində yerləşən qədim Olimpiya şəhərində, ilk olimpiadaların keçirildiyi yerdədir. Olimpiadalar əsnasında döyüşlər dayanar, dünyanın dörd bir tərəfindən gələn atletlər üçün bu heykəlin qarşısında mərasimlər təşkil olunarmış.

Heykəl e.ə. 450-ci ildə, onun yerləşdiyi məbəd isə daha əvvəl - e.ə. 770-ci illərdə olimpiadalar başlandıqdan sonra tikilib. İllər keçdikcə insanlar yalnız ibadət etmək üçün deyil, heykəli görmək üçün də buranı ziyarət etmişlər. Olimpiada oyunları 391-ci ildə bütpərəstlik olaraq günahlandırılıb ləğv edildi və Zevs məbədi də bağlanıldı. Heykəl  o zamankı adıyla Konstantinopol deyilən İstanbula daşınıb və orada 462-ci ildə baş verən böyük yanğında yox olub. 1829-cu ildə Olimp dağında fransızlar tərəfindən heykələ aid bəzi parçalar tapılıb. Onlar hazırda Parisdə Luvr Muzeyində nümayiş olunur.

“Dünyanın yeddi möcüzəsi”ndən daha biri Yunanıstandakı Rodos nəhəngidir. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara almışdılar.

Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı. Bu, Günəş tanrısı Heliosun təsviri idi. Camaat onu öz himayəçisi hesab edirdi.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM