10:10 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


00:40 07.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünyada koronavirus qurbanlarının sayı 3 milyon nəfəri ötüb
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:03 16.04.2021

 Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 3 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, aprelin 15-də dünyada 13 min 895 nəfər COVID-19 xəstəliyindən vəfat edib. Bununla da koronavirus infeksiyası səbəbindən ölənlərin ümumi sayı 3 milyon 366 nəfərə çatıb.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 139 milyon 722 mindən çox yoluxma halı qeydə alınıb. Eyni zamanda, 118 milyon 773 min nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 17 milyon 912 min xəstədən 106 min 890 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ koronavirusa yoluxanların sayına görə dünyada ilk sırada qərarlaşıb – 32 milyon 224 min nəfər. İlk beşliyə daxil olan Hindistanda 14 milyon 291, Braziliyada 13 milyon 758 min, Fransada 5 milyon 187 min, Rusiyada isə 4 milyon 675 min nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

Birləşmiş Ştatlar virusdan ölənlərin sayına görə də dünya lideridir – 578 min nəfər. Sonrakı yerlərdə qərarlaşan Braziliyada 365 min, Meksikada 211 min, Hindistanda 174 min, Böyük Britaniyada isə 127 min nəfər koronavirus səbəbindən həyatını itirib.

Qeyd edək ki, 2020-ci il mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM