28 Iyul 2021 17:08
592
DÜNYA
A- A+

Dünyada iqlimlə bağlı vəziyyət son dərəcə ağırdır

 

Yeddi ölkədən olan ekspertlər son bir il ərzində dünyada iqlim dəyişikliklərini qiymətləndirmişlər. “BioScience” jurnalında dərc olunmuş məqalədə bildirilir ki, əsas göstəricilər vəziyyətin kritik həddə yaxın olduğunu sübut edir.

Tədqiqatı ABŞ, Avstraliya, Böyük Britaniya, Fransa, Niderland, Banqladeş və Almaniyadan olan alimlər keçirmişlər.

Məqalədə qeyd olunur ki, 2019-cu illə müqayisədə iqlim dəyişikliyi ilə əlaqədar təbii fəlakətlər, o cümlədən dağıdıcı daşqınlar, rekord istilər, güclü qasırğalar və meşə yanğınlarının sayı xeyli artmışdır. Bildirilir ki, 2020-ci il tarixdə ikinci ən isti il olmuşdur. Müşahidə tarixi boyu ən isti 5 ildə 2015-ci ildən sonra qeydə alınmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video