07 May 2021 19:21
1480
DÜNYA
A- A+

Dünyada ərzaq qiymətləri kəskin şəkildə artıb

Dünya ərzaq qiymətləri 11 aydır artmaqda davam edir. Əsasən də şəkərin qiyməti xeyli artıb. Bu barədə BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı məlumat verir.
Aprel ayında ərzaq qiymətləri indeksinin orta göstəricisi 120,9 bənd təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 1,7 faiz yüksəkdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,8 faiz çoxdur.
Ötən ayla müqayisədə şəkərin qiymət indeksi 3,9% artıb və bu göstərici 2020-cı ilin aprelinə nisbətən təxminən 60% yüksəkdir. Bitki yağlarının qiymət indeksi aprel ayında 1,8% artıb.
Bundan başqa, təşkilat bildirir ki, ətin qiymət indeksi mart ayı ilə müqayisədə 1,7% artıb, taxılın qiymət indeksinin dəyəri aprel ayında 1,2% (illik müqayisədə 26%) , süd məhsullarının qiymət indeksi isə mart ayı ilə müqayisədə 1,2% artıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video