28 Sentyabr 2021 01:41
870
ELANLAR
A- A+

Dünya şöhrətli alpinistimiz yeni zirvələri fəth etməyə hazırlaşır

 

“Azercell Telekom” MMC İsrafil Aşurlının tarixi “Zəfər Tacı” yürüşünün əsas tərəfdaşıdır

 

Sentyabr ayının 20-də Azərbaycan Respublikasının Alpinizm üzrə idman ustası İsrafil Aşurlı “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova ilə görüşərək nailiyyətlərini və “Azercell” ilə əməkdaşlığını müzakirə edib. 

“Tərəqqi” medalının, 1-ci və 2-ci dərəcəli “Edelveys” ordeninin sahibi, “Qar bəbiri” titulunu qazanmış idmançı “Zəfər Tacı” layihəsinin bir hissəsi olaraq dünyanın 14 ən hündür nöqtəsindən 4-nü fəth edib. O, 2007-ci ildə Everest dağ zirvəsini və Antarktidanın ən hündür zirvəsini - Vinson massivini fəth edərək orada Azərbaycan Bayrağını ucaldan ilk azərbaycanlı olub. Həmçinin Aşurlı dünyanın ən yüksək 8 nöqtəsi sırasında yer alan Kançencanqa, Lxotze və Manaslu zirvələrinə, eləcə də Avropanın ən yüksək zirvəsi olan Elbrusa  yürüş edib.

Görüş zamanı Aşurlı 2021-ci ilin iyul ayında Karakorum dağlarının 7000 m yüksəklikdə yerləşən zirvəsində “Azercell”in bayrağını ucaltdığı anı əks etdirən tarixi fotonu şirkət prezidentinə təqdim edib. “Bu cür uğura yalnız böyük zəhmət, mübarizlik əzmi və illər boyunca davam edən gərgin hazırlıq nəticəsində imza atmaq mümkündür. Məqsədlərinizə çatmaq üçün nümayiş etdirdiyiniz dayanıqlıq həqiqətən təqdirəlayiqdir və eyni zamanda alpinizmin əhəmiyyətini bir daha göstərir. İndi isə Qarabağın bərpa olunan ərazilərində bu idman növünün inkişafı üçün daha da geniş imkanlar yaranıb”, - deyə Zərinə Zeynalova bildirib.

“Azercell”  İsrafil Aşurlının idman fəaliyyətinin tərəfdaşı olmaqdan qürur duyur və ona gələcəkdə daha da  böyük zirvələri fəth etməyi arzulayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video