18 Yanvar 2012 12:01
497
İDMAN
A- A+

Dünya idman jurnalistlərinin 77-ci konqresi Bakıda keçiriləcək

 

AİPS-in rəsmi saytında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) Avstriyanın İnsbrusk şəhərində baş tutan 75-ci konqresində dünya idman jurnalistlərinin ali forumunun 2014-cü ildə Azərbaycanın paytaxtı Bakıda keçirilməsinə qərar verildiyi açıqlanır.  Xəbərdə qeyd olunur ki, Azərbaycan son onillikdə sürətlə inkişaf edərək dəyişir, Bakı böyük sıçrayışla dünya idmanının ən müasir mərkəzlərindən birinə çevrilir.

Avstriya Prezidenti Heinz Fişerin, Monako Kralı şahzadə II Albertin, İordaniya Kralı  Feysəl əl-Hüseynin, Rusiya Federasiyasının Baş nazirinin müavini Dmitri Kozakın və Dövlət Dumasının birinci vitse-spikeri Marat Bariyevin  iştirak etdikləri konqresdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə vurğuladı ki, dövlət müstəqilliyinə nail olduqdan sonra Azərbaycanda idman, sözün əsl mənasında, tərəqqi etməkdədir. Ölkədə müasir idman infrastrukturunun yaradılması, onun təşkilatlarına və idmançılara yüksək qayğı və dəstək Azərbaycan idmançılarının  dünya arenalarında uğurlu nəticələr əldə etmələrinə imkan yaratmışdır. Paytaxt Bakı dəfələrlə beynəlxalq tədbirlərə, Avropa və dünya çempionatlarına ev sahibliyi etmişdir.

2008-ci ildə Bakı 2016-cı il, ötən il isə 2020-ci il Yay Olimpiya Oyunlarının  keçirilməsinə öz təqdimatını irəli sürmüşdür.

Bir qayda olaraq gələcək illərdə AIPS konqresinə ev sahibliyi etmək üçün müxtəlif ölkələrin təklifləri geniş müzakirəyə çıxarılır və səsvermə yolu ilə ən optimal variant seçilir. Beynəlxalq kütləvi informasiya vasitələri təmsilçilərinin Bakıya konqresə dəvət edilmələri 100-dən artıq ölkəni təmsil edən nümayəndələr tərəfindən bu günədək heç vaxt olmadığı kimi, birbaşa dəstəkləndi.

AIPS-in növbəti konqresi 2013-cü ilin aprelində Soçidə keçiriləcək. İnsbruskda ali forumun təntənəli bağlanış mərasimində beynəlxalq idman jurnalistləri təşkilatının bayrağı ənənə üzrə Avstriyadan Rusiyaya ötürüldü. AIPS bayrağı Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozaka təqdim edildi. Gələn ilin aprelində isə AIPS bayrağını Rusiya Federasiyasından Azərbaycan qəbul edəcəkdir.

Bakıda keçiriləcək konqres həm də AIPS-in 90 illik yubileyi ilə əlamətdar olacaqdır.

 

Eldar İSMAYILOV,

AİJA prezidenti, UEPS İcraiyyə Komitəsinin və Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video