18:59 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dünya cənnət olsa da...
ANA SƏHİFƏ / OXUCU MƏKTUBLARI
12:10 23.10.2011

 

Azərbaycan xalqı  bu  günlərdə dövlət  müstəqilliyinin  bərpasının 20 illiyini  təntənəli şəkildə qeyd etdi: Belə şərəfli tarixi günləri yaşayan xalqımız azadlıq və müstəqillik uğrunda aparılan mübarizələrdən daim əzmkarlıqla çıxıb. Tarixən hər bir xalq öz müstəqilliyinə xilaskarı ilə qovuşur.

Bütün siyasi və ictimai fəaliyyəti dövründə daim xilaskarlıq  missiyası daşımış, ən çətin və məşəqqətli günlərdə doğma vətəninə bağlı, xalqı  ilə birgə olduğunu təsdiqləmiş ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində   hakimiyyətə qayıdışı da bu amala xidmət edirdi. Yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı dilemma qarşısında qalmışdı.

Müstəqilliyinin ilk illərində Azərbaycan nail olduğu azadlığı itirmək təhlükəsi ilə üz-üzə idi. Məhz həmin günlərdən ulu öndər Heydər Əliyev düşünülmüş, uzaqgörən siyasət yürütdü. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün çox uğurla  davam etdirilən həmin siyasətin nəticəsidir ki, müstəqil Azçərbaycan artıq nəinki yerləşdiyi  regionun, hətta Avropanın  sürətli inkişafa nail olmuş respublikalarının önündədir. Regionda bu gün elə bir beynəlxalq layihə yoxdur ki, o, Azərbaycanın iştirakı olmadan reallaşsın. Bütün bunlar respublikamızın dinamik inkişafının göstəricisidir. Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bir sıra beynəlxalq festivallara, eləcə də idman yarışlarına ev sahibliyi etməsi onun ifadəsidir ki,  Azərbaycan, eyni zamanda, Avropanın bir hissəsidir.

Uzun illər doğma Azərbaycanı görmək, onun qoynunda yaşamaq arzusuna qovuşduğum üçün özümü xoşbəxt sayıram. Müstəqillik arzularının qönçələnib çiçək açdığı vaxtlarda - ötən əsrin 90-cı illərində Bakının Azadlıq meydanında xalqla birlikdə olmaqdan böyük şərəf duymuşam. Vaxtilə vətəndən uzaqlarda - Almaniyada, Amerikada... ifa etdiyim "Ayrılıq" mahnısı Azərbaycan xalqının Azadlıq  hərəkatı zamanında da çox sevildi. Mərhum  xanəndə Gülağa Məmmədovun dəvəti, "Vətən" cəmiyyətinin köməyi ilə Azərbaycana qovuşdum.  Burada həmvətənlərimizin sevgisini hiss etdim və duydum ki,  dünya cənnət olsa da, Azərbaycansız yaşaya bilmərəm. Uzun illər ürəyimdə Azərbaycan musiqisini yaşatdığımdan, ruhumda, canımda  Vətən sevgisi daim boy atıb. 2006-cı ildə tamamilə  köçüb burada, həmişə həsrətini çəkdiyim doğma Bakıda yaşamaq arzum gerçəkləşdi. Bunun üçün dünyanın tanınmış siyasi liderləri arasında öz nüfuzu ilə seçilən  Prezident İlham Əliyevə minnətdaram.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr nəticəsində Azərbaycan mədəniyyətinin şöhrəti dünyanı dolaşır. İndi səsimiz beynəlxalq qurumlardan, möhtəşəm konsert salonlarından gəlir. Azərbaycan gündən-günə çiçəklənir. Sevinirəm ki, indi mən də bu ölkənin vətəndaşı olaraq böyük quruculuğun, inkişafın şahidiyəm. Azərbaycan mədəniyyətinə məxsus sərvətlərin YUNESKO-nun Dünya İrs Siyahısına düşməsi məni həddən artıq sevindirir. Bir mədəniyyət xadimi kimi nailiyyətlərimizə şad olmaya bilmərəm.

 

Yaqub ZurufÇu,

Azərbaycan Respublikasının əməkdar artisti



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM