28 Yanvar 2012 12:01
449
İDMAN
A- A+

Dünya çempionatına hazırlıq məqsədilə «Könüllülük» proqramı

 

AAA - ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin ofisində "FİFA U-17 qadın dünya çempionatı Azərbaycan 2012" çərçivəsində "Könüllülük" proqramının təqdimatı keçirilmişdir. Tədbir iştirakçılarına bu il sentyabrın 22-dən oktyabrın 13-dək  ölkəmizdə keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına hazırlıq, könüllülük proqramı və iş imkanları barədə ətraflı  məlumat verilmişdir.

U-17 qadın dünya çempionatının Yerli Təşkilat Komitəsinin əlaqələndiricisi Nərgiz Məmmədova və Yerli Təşkilat Komitəsinin könüllülük üzrə direktoru Vüqar Rüstəmli bildirmişlər ki, plana əsasən, çempionata 1000-ə yaxın yerli və xarici könüllünün cəlb edilməsi nəzərdə tutulmuşdur. Könüllülər yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə kömək göstərəcəklər. Könüllülər komandası yaş, din, cins və milli mənsubiyyətə fərq qoyulmadan formalaşdırılacaqdır. Beynəlxalq könüllülər komandasına üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dillərini bilmək kifayətdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video