30 Dekabr 2011 01:12
285
CƏMİYYƏT
A- A+

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il öncəsi «Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında» sərəncam rəğbətlə qarşılanmışdır

 

Gənc və müstəqil Azərbaycan Respublikası bu gün beynəlxalq aləmdə həm də demokratiyanın əsas göstəricilərindən olan insan hüquqlarının müdafiəsi və humanizm prinsiplərinin yüksək səviyyədə  tətbiqi ilə tanınır.

Müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyası, ölkədə vətəndaş cəmiyyətinin  formalaşdırılması, qanunun aliliyi, ölüm hökmünün icrasının tamamilə dayandırılması, insanların bütün hüquqlarının hətərəfli qorunması yüksək səviyyədə təmin olunur.  Yerli və xarici ekspertlərin fikrincə, Azərbaycan dövlətinin son illərdə qazandığı ən böyük nailiyyətlərdən biri məhz siyasətin humanistləşdirilməsi, əfv institutunun formalaşdırılması və dövri olaraq amnistiya aktlarının qəbul olunmasıdır. Ümummilli lider Hedər Əliyev tərəfindən əsası qoyulan bu ənənənin son 8 ildə Prezident İlham Əliyev tərəfindən daha geniş şəkildə davam etdirilməsi ölkə əhalisi tərəfindən böyük rəğbət və razılıq hissilə qarşılanır.

Ulu öndər Heydər Əliyevin  qanunvericilik təşəbbüsü əsasında 1996-2003-cü illərdə Milli Məclis tərəfindən amnistiya haqqında 7 qanun imzalanmışdır ki, bu qanunlara əsasən 21 min 325 nəfər məhkum azadlığa buraxılmışdır. Ümumilikdə isə bu amnistiya aktları 78 mindən çox məhkuma şamil edilmişdir. 1995-ci ildən bəri imzalanan 50 əfv sərəncamı isə 5314 nəfər məhkuma və onun ailəsinə sevinc bəxş etmişdir.

Bu humanizm, bu ənənə ölkəmizdə başa çatmaqda olan ilin son günlərində də yaşanmışdır. Cəzaçəkmə müəssisələrində məhkumluq həyatı yaşayan bir sira şəxslərin, onların ailə izvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, məhbusluq zamanı davranışlarını nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin ölkə Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq  bu ayın 26-da əfvlə bağlı imzaladığı sərəncam icra olunmuşdur. Ölkə rəhbəri törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən müqəssirlərin islah olunaraq düz yola qayıtmalarına, cəzaçəkmə müəssisələrindən çıxdıqdan sonra ailələrinə və vətənə əsl vətəndaş kimi xidmət etmələrinə şərait yaratmışdır. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatının və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyinin bariz nümunəsidir. Əhali tərəfindən rəğbətlə qarşılanan bu sərəncam 92 nəfərə şamil edilməklə 75 nəfər məhkum öz cəzasının çəkilməmiş hissəsindən azad edilib, 17 nəfər isə məhkəmənin hökmü ilə məhkum olunduğu müxtəlif cəzalardan azad edilib.

Dünya Azərbaycanlılarının Həmrəy

lik Günü və Yeni il öncəsi imzalanan və icra olunan əfv sərəncamı əhalidə sevinc və xoş ovqat yaratmışdır. Neçə-neçə ailəyə, qocaya-cavana, uşağa-böyüyə rahatlıq və məmnunluq gətirən bu humanist missiyanın əks-sədası redaksiyamıza daxil olan məktub və teleqramlarda, müraciətlərdə də özünə yer alıb. Ölkə vətəndaşları, xüsusilə də əfvə düşən şəxslərin  ailələri, yaxınları bu müraciətlərində dövlət rəhbərinə minnətdarlıqlarını bildirməklə Azərbaycan Prezidentinə inam bəslədiklərini bildirirlər.

 

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video