Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Azərbaycanın yeni tarixinə xalqımızın milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli vəzifə kimi irəli sürür. Sürətlə dəyişən dünyada xalqımızın bütün gücünü bir yerə toplamaq əzmindən güc alan həmrəylik günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.
Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses xalqımızın tarixi müqəddəratında köklü dəyişikliklərin baş verdiyi bir dövrdə vüsət almışdır. Müstəqilliyinin ilk illərində ağır sınaqlara çəkilən, gərgin və çıxılmaz vəziyyətlərə düşən Azərbaycan bir əsrdə ikinci dəfə qismətinə düşən istiqlaliyyətini ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində qoruyub saxlaya bildi. Azərbaycan uçurumun bir addımlığından geri dönərək onu hədələyən bütün təhlükələrə sinə gərdi, cəmiyyət həyatında sabitliyə nail olaraq ardıcıl inkişaf yoluna çıxdı.
Heydər Əliyev yolunu yaradıcı surətdə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilmişdir. On ildən artıqdır ki, Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yerini inamla qoruyub saxlayır.
Azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə yönəlmiş uzaqgörən dövlət siyasəti həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun fəaliyyət göstərməsi diaspor təşkilatları ilə münasibətlərin dərinləşməsinə kömək göstərir.
Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına yol açır. Dünyanın müxtəlif ölkələrində məskən salmış on milyonlarca soydaşımız milli birliyə və həmrəyliyə nail olmağın zəruriliyini indi daha aydın dərk edir. Onlar yaxşı başa düşürlər ki, yalnız öz gücünü bir yerə toplayıb potensialını üzə çıxarmağı bacaran xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini həyata keçirmək imkanlarını qoruya və artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş Azərbaycan xalqının yeni minillikdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ata-baba yurdu olduğuna görə Avropada, Asiyada, Amerikada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə elliklə kömək göstərməkdir. Qarabağ düyününün açılması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qaytarılması ümummilli vəzifələrdən biridir. Dövlətimizin inkişafı yolunda mövcud olan bu maneənin aradan qaldırılmasına elliklə kömək göstərmək Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün azərbaycanlıların Vətən qarşısında övladlıq borcudur.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaqdan, bir-biri ilə və tarixi Vətənlə əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Milli hüquqlarımızın qorunması üçün Azərbaycan diasporunun möhkəmləndirilməsi, Azərbaycan icmalarının gücləndirilməsi də mühüm vəzifələr sırasındadır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!
Hörmətlə,
Azərbaycan Respublikasının Milli Məclisi
(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il 30 dekabr tarixli iclasında qəbul edilib).
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Olimpiya Təsnifat turnirinə 33 ölkə güləşçiləri qatılacaq
29 Mart
Azərbaycan Premyer Liqası: "Qəbələ"-"Neftçi"- 0:1
29 Mart
Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb...
29 Mart
Prezidentin Mətbuat Xidmətinin məlumatı
29 Mart
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul ed...
29 Mart
Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq
29 Mart
BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub...
29 Mart
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
29 Mart
Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addım...
29 Mart
Ermənistan Teleradio Şəbəkəsinin direktoru istefa verib
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!