15 Sentyabr 2011 01:09
482
MSK
A- A+

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başa çatmışdır

 

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar sentyabrın 5-dən 11-dək respublikanın bütün regionlarında dairə seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdir. 

Kurslarda ölkə üzrə fəaliyyət göstərən 125 seçki dairəsi dairə seçki komissiyalarının üzvləri və 5000-dək məntəqə seçki komissiyasının sədri iştirak etmişlər.

MSK-nın üzvləri və məsul işçiləri, rayon icra hakimiyyətlərinin, prokurorluq orqanlarının əməkdaşları, polis idarələrinin səlahiyyətli şəxsləri, məhkəmələrin sədrləri və hakimləri seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyalarının vəzifələri, onların fəaliyyətlərinin qarşılıqlı təşkili, Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən seçki hüquqları, Seçki Məcəlləsi, əsas anlayış və prinsiplər, seçki hüquqlarının məhkəmə müdafiəsi, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri barədə kurslarda iştirakçılara ətraflı məlumat vermişlər.

Kurslarda "Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", "Seçki prosesində seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu", "Seçici siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şəraitin yaradılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu", "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", "Seçki prosesində KİV-nin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzularında mühazirələr oxunmuş, "Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" və s. mövzularda məruzələr dinlənilmiş, seminarlar təşkil olunmuş, mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Bakının Səbail, Nəsimi, Nizami, Yasamal, Xətai, Suraxanı, Xəzər, Sabunçu, Binəqədi, Qaradağ və Abşeron rayonlarının dairə seçki komissiyalarında keçirilmiş kursların sonuncu günündə də yüksək fəallıq müşahidə olunmuşdur.

8 saylı Binəqədi birinci seçki dairəsində sentyabrın 14-də keçirilmiş kursda DSK-nın tabeliyində olan 36 məntəqənin hamısının sədrləri və DSK üzvləri iştirak etmişlər. Tematik plana əsasən, kursda məruzələr oxunmuş, iştirakçılara seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət növləri, siyahılarının tərtibi, yerli və beynəlxalq müşahidəçilər, eləcə də namizədlərin səlahiyyətli nümayəndələri ilə işin təşkili barədə ətraflı məlumat verilmişdir.

10 saylı Binəqədi üçüncü seçki dairəsində də 34 məntəqə sədri və DSK üzvlərinin fəal iştirakı ilə keçirilmiş kursda seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə ətraflı məlumat verilmişdir.

19 saylı Nərimanov birinci seçki dairəsində də DSK üzvləri və 31 seçki məntəqəsinin sədrlərinin iştirakı ilə kurslar uğurla başa çatmışdır. İştirakçılar seçki hüququ, seçici siyahılarının tərtibi, müşahidəçilərlə işin təşkili və sair mövzularda biliklər əldə etmişlər.

İxtisaslaşdırılmış kursların sonuncu günündə 17 saylı Yasamal üçüncü seçki dairəsi DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması və digər məsələlər barədə məruzələr oxunmuşdur.

29 saylı Səbail seçki dairəsində təşkil olunmuş kursda DSK üzvləri, məntəqə seçki komissiyalarının, habelə, qaçqın və köçkün rayonlarının seçki məntəqələrinin sədrləri seçki hüququ, yerli və beynəlxalq müşahidəçilər, eləcə də namizədlərin səlahiyyətli nümayəndələri ilə işin təşkili barədə məruzələr dinləmişlər. Bu dairə üzrə 30 seçki məntəqəsi fəaliyyət göstərir.

21 saylı Nəsimi ikinci seçki dairəsində 29 seçki məntəqəsi vardır. Bu gün DSK üzvləri ilə yanaşı, məntəqə seçki komissiyalarının sədrləri seçki hüququ, səsvermənin təşkili, müşahidəçilərlə işin qurulması, seçici siyahıları və s. mövzularda məlumatlar əldə etmişlər. Kurs seminarla davam etmişdir.

35 saylı Xətai üçüncü seçki dairəsində seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların sonuncu günündə növbəti seçkilərə hazırlıq, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi, seçki hüququ və onun təminatının qanunvericilik əsasları barədə danışılmışdır.

25 saylı Nizami ikinci seçki dairəsində kursda isə dairənin əhatə etdiyi 32 seçki məntəqəsinin sədrləri, DSK üzvləri iştirak etmişlər. Kursda seçki hüququ və onun təminatının qanunverici əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması ilə bağlı məruzə dinlənilmişdir.

13 saylı Xəzər birinci seçki dairəsi üzrə 32 məntəqə vardır. Bu il onların təxminən 21-də bələdiyyə seçkilərinin keçiriləcəyi gözlənilir. Artıq bütün məntəqələr seçkilərə hazırdır. DSK üzvləri və katibləri, eləcə də məntəqə seçki komissiyalarının sədrlərinə seçki qanunvericiliyinin müddəaları, seçici siyahılarının dəqiqləşdirilməsi, səsvermə zamanı müşahidəçilərin yerləşdirilməsi və digər məsələlərlə bağlı məsləhətlər verilmişdir.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsində təşkil olunmuş kursrda DSK-nın üzvləri və məntəqə sədrlərinə seçki hüququnun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları, eləcə də məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri barədə məlumatlar verilmişdir.

27 saylı Sabunçu ikinci seçki dairəsində fəaliyyət göstərən 31 seçki məntəqəsinin sədrləri ixtisaslaşdırılmış kurslara həvəslə qatılmışlar. DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda seçki qanunvericiliyinin tələbləri ilə bir daha yaxından tanış olmuşlar.

32 saylı Suraxanı üçüncü seçki dairəsi DSK-da da kurslar nəzərdə tutulmuş plan üzrə keçirilir. Dairədə daimi əsaslarla fəaliyyət göstərən 28, müvəqqəti əsaslarla işləyən 1 seçki məntəqəsi vardır. Kursda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şərait yaradılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması barədə məruzələr dinlənilmişdir.

 45 saylı Abşeron seçki dairəsi DSK-da kursların sonuncu  günündə seçki hüququnun təminatının qanunvericilik əsasları, seçki siyahıları ilə işin təşkili, seçkiqabağı təşviqatın aparılması mövzularında məruzələr dinlənilmiş, seminar keçirilmişdir. Abşeron 45 saylı seçki dairə seçki komissiyasının tərkibində 33 seçki məntəqəsi fəaliyyət göstərir.

Respublikanın şəhər və rayonlarında da kurslar uğurla başa çatmışdır.

110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrində də ixtisaslaşdırılmış kurslar MSK-nın tədris proqramına uyğun davam etdirilmişdir. Kurslarda hər iki dairə üzrə ümumilikdə 83 nəfər məntəqə sədri və 17 nəfər dairə seçki komissiyası üzvü iştirak etmişdir. Kursların sonuncu günündə dinləyicilərə "Seçkilərin hazırlığı və keçirilməsi zamanı yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", "Seçki prosesində seçici siyahılarının təkmilləşdirilməsi" və digər mövzularda məruzələr oxunmuş, onları maraqlandıran suallar cavablandırılmışdır.

117 saylı Oğuz-Qəbələ seçki dairəsində keçirilən kursa Oğuz rayonundan 36, Qəbələ rayonundan isə 21 nəfər məntəqə seçki komissiyasının sədri, habelə DSK-nın 8 üzvü qatılmışdır.

106 saylı Tovuz-Qazax-Ağstafa, eləcə də 107 saylı Qazax və 108 saylı Ağstafa seçki dairələrində də kursda xüsusi fəallıq müşahidə olunmuşdur. Kursda MSK nümayəndələri, yerli icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanlarının məsul işçiləri çıxış etmişlər. Kurs çərçivəsində təşkil olunmuş seminarda növbəti seçkilərə hazırlıq məsələlərinə geniş yer ayrılmış, dinləyicilər seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün təlimatlandırılmışlar.

Azərbaycan Prezidentinin müvafiq sərəncamı əsasında MSK-nın təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar respublikamızın iri şəhərlərindən olan Gəncədəki 4 dairə üzrə yüksək səviyyədə təşkil edilmişdir.

101 saylı Göygöl-Daşkəsən və 103 saylı Gədəbəy seçki dairələrində təşkil olunmuş kursda DSK üzvləri və məntəqə seçki komissiyaları sədrləri iştirak etmişlər. Kursda əsasən seçki siyahıları ilə işin aparılması, seçki hüququ və onun təminatının əsasları, seçkilərə hazırlıq, seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət növləri və s. mövzularda məruzələr dinlənildikdən sonra müzakirələr aparılmışdır. Müzakirələr zamanı iştirakçıların suallarına da aydınlıq gətirilmişdir. Məntəqələrin sədrləri çıxış edərək seçkilərə hazırlığın vəziyyəti ilə bağlı məlumat vermişlər.

49 saylı Yevlax-Mingəçevir seçki dairəsində təşkil olunmuş kursların sonuncu günündə də dairə seçki komissiyasının 9 üzvü və bu dairədəki 38 məntəqə seçki komissiyasının sədrləri iştirak etmişlər. Dinləyicilər seçki hüququ və onun təminatı, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət  mövzularında məruzələr dinləmişlər.

Sumqayıt şəhərindəki seçki dairələrində də kurslar mütəşəkkil qaydada təşkil olunmuşdur. DSK üzvləri, katibləri, məntəqə seçki komissiyalarının sədrlərinin iştirak etdiyi kurslarda MSK-nın, şəhər icra hakimiyyətinin nümayəndələri, polis idarəsinin məsul işçiləri, prokurorluğun əməkdaşları, məhkəmələrin hakimləri məruzələrlə çıxış etmişlər.

41 saylı Sumqayıt birinci, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, eləcə də 44 saylı Sumqayıt-Abşeron və 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairələrində təşkil olunmuş kursda  DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri maraqlı məruzələr dinləmişlər. Qeyd edək ki, bu seçki dairələrində  müvafiq olaraq 39, 36, 33, 16 və 8 məntəqə vardır.

Kurslarda bildirilmişdir ki, bu cür tədbirlərin keçirilməsi komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərini artırır, seçkilərin demokratik və şəffaf təşkilində, qanunvericilik bazasını mənimsəməkdə,  xarici müşahidəçilərlə qanunda nəzərdə tutulmuş qaydada rəftar etməkdə yardım göstərir.

İxtisaslaşdırılmış kurslar respublikanın şimal bölgəsində də uğurla başa çatmışdır.

50 saylı Qobustan-Xızı-Quba, 51 sayl Qusar, 52 saylı Quba, habelə 53 saylı Quba-Qusar, 54 saylı Şabran-Siyəzən və 55 saylı Xaçmaz şəhər seçki dairələrində DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunmuş ixtisaslaşdırılmış kurslarda yerli icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanlarının məsul işçiləri çıxış etmişlər. Dövlətimizin başçısının müvafiq sərəncamından irəli gələn vəzifələr bir daha dinləyicilərin diqqətinə çatdırılmış, seçkilərə hazırlığın cari vəziyyəti təhlil olunmuş, məruzələr dinlənilmişdir.

116 saylı Qəbələ seçki dairəsi DSK üzvləri və rayondakı 49 məntəqə seçki komissiyasının sədrləri üçün keçirilən kurslarda Milli Məclis seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi  məsələləri müzakirə olunmuşdur.

73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı və 76 saylı Lənkəran-Astara seçki dairələri DSK-da  keçirilən ixtisaslaşdırılmış kurslarda rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, seçkiqabağı təşviqatın aparılması və s.  mövzularda çıxışlar olmuşdur.

67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi DSK-da keçirilən ixtisaslaşdırılmış kurslarda da dinləyicilərə seçki qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi qaydaları barədə ətraflı məlumatlar verilmişdir.

DSK üzvləri, eləcə də məntəqə seçki komissiyalarının sədrləri seçkilərlə əlaqədar mükəmməl biliklərə yiyələnmiş, ixtisaslarını artırmışlar. Onlar kursların təşkilini yüksək qiymətləndirmiş, yaradılmış şəraitə görə, dövlətimizin başçısına, MSK rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. 

Qeyd edək ki, MSK 2007-ci, 2009-cu və 2010-cu illərdə də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirmişdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video