30 Sentyabr 2021 12:34
638
CƏMİYYƏT
A- A+

Dövlət Sosial Müdafiə Fondunun yaranmasından 29 il ötür

 

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasından 29 il ötür.

Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, DSMF məcburi dövlət sosial sığortası və könüllü sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalarla, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərir.

Prezident İlham Əliyevin 2020-ci il 30 iyun tarixli Fərmanına əsasən DSMF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Publik Hüququ Şəxsə çevrilməsi Fondun fəaliyyətində inzibati idarəçiliyin birbaşa əhaliyə xidmət modeli ilə əvəzlənməsinəyönəlik mühüm islahat tədbiri oldu. Sosial sığorta və sosial müdafiə sahələrində vətəndaşlara daha yüksək səviyyəli xidmətlərin göstərilməsi, bu xidmətlərin çevikliyi və əlçatanlığının, şəffaflığının təmin edilməsinəyönəlik tədbirlər, bu məqsədlə müxtəlif innovativ həllər tətbiqi ardıcıl xarakter aldı.

Fondun fəaliyyətində əhaliyə xidmətlərin yüksək şəkildə təşkili Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi, 30 ilə yaxın Ermənistanın işğal altında qalmış doğma torpaqlarımızı azad etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhidlərimizin ailə üzvlərinə sosial təminat növləri üzrə ödənişlərin (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunması işlərində də təsdiqini tapdı.

Həmin ödənişlərin təyin olunması işlərinin operativ təşkili üçün postmüharibə dövrünün elə ilk günlərindən xüsusi işçi qrup yaradıldı və bütün əməkdaşlar bu işlərə səfərbər edildi. Şəhid ailələri üzvlərinin müraciətinə, onların zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan bu sənədlər aidiyyəti qurumlardan alınaraq toplanılır və elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin olunur. Həmin müharibənin şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyinatı aparılıb. Vətən müharibəsi qazilərindən əlillik təyin edilmiş 2000 qaziyə də müvafiq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib.

Publik Hüququ Şəxsə çevrildikdən sonra Fondun strukturu tam yenilənməklə, 2020-ci ildə Fond sistemində ölkə üzrə bütün maliyyə-mühasibatlıq əməliyyatları mərkəzləşdirildi ki, bu da xərclərə nəzarətin gücləndirilməsinə, xərclərin optimallaşdırılmasına, ödənişlərdə çevikliyin təmin olunmasına imkan yaratdı. Fərdi uçot sisteminin mərkəzləşməsi fərdi uçot sisteminin təkmilləşdirilməsinə töhfə oldu, bu sistemin qiymətləndirilməsi, inventarlaşdırılması imkanları yarandı. Eləcə də ölkə üzrə sosial təminat növlərinə aid sosial ödənişlərin təyinatı, maddi-məişət şəraitinin müayinəsinin aparılması, Fondun arxivi və inventarlaşdırma işi də mərkəzləşdirildi ki, bununla həmin sahələrdə idarəçiliyin tam şəffaflaşdırılması və optimallaşdırılması, xidmətlərin vətəndaş-məmur təması olmadan, şəffaf həyata keçirilməsi və keyfiyyətinin yüksəldilməsi təmin edildi. Hazırda 2,4 milyondan çox insan pensiya, müavinət və təqaüdlə, ünvanlı sosial yardımla təmin olunur ki, bütün bu sosial ödənişlər hər ay vaxtlı-vaxtında həyata keçirilir.

Qurumun fəaliyyətində mühüm nailiyyətlərdən biri də sosial təminat növləri (pensiya, müavinət və təqaüd) üzrə ödənişlərin elektron infrastruktur üzərində proaktiv qaydada təyinatı, vətəndaşların müraciəti belə olmadan onların sosial təminat hüquqlarının avtomatik qaydada reallaşdırılmasıdır. Təkcə bu ilin 8 ayında 130 minədək pensiya, müavinət, təqaüd təyinatı e-qaydada, proaktiv formada həyata keçirilib. Həmçinin 93 min sosial sığorta nömrəsinin açılması da e-qaydada, proaktiv formada yerinə yetirilib. Eləcə də Fondun fəaliyyət istiqamətləri üzrə vətəndaşlara arayışlar verilməsi də elektron qaydada yerinə yetirilir. Həmçinin ünvanlı dövlət sosial yardımı ilə bağlı prosedur sadələşdirilib, sosial yardımın aztəminatlı ailələrə əlçatanlığı artırılıb. Fond üzrə xidmətlərlərin əhatə dairəsi daha da genişləndirilib.

Müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə Fondun aparatı və regional şöbələrin əməkdaşlarından ibarət Operativ Dəstək Qrupu fəaliyyət göstərir. İstər sosial şəbəkələr, istərsə də rəsmi qaydada müraciətlərə operativ şəkildə baxılaraq tədbirlər görülür.

DSMF-nin qarşıdakı dövrdə də fəaliyyətinin əsas məramını əhaliyə xidmətlərin çevik və şəffaf təşkili, vətəndaş məmnunluğunun təminatı prinsipi təşkil edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video